DAŞ YUXULAR 109
- Sәnin yeni Rәhbәrin vә onun gәnclik vaxtından
komsomolda dostluq elәdiyi şәxslәr cәmiyyәtdә nәlәrin
baş verdiyini yaxşı bilir, dәrk edirlәr. Amma bununla belә
keçmiş Rәhbәrin caynağına hәr hansı bir bayağı, mәnasız
bәhanә vermirlәr. Çünki onlar o Rәhbәrin vaxtında
hakimiyyәtin quyruğunda әsir olublar, üstәlik dövlәti onun
әlindәn qәbul ediblәr. - Artist yenә qәzәblәndi, hәyacan
hirs yığıldı. - Hә, o, әtrafına yaltaqları yığmışdı vә
camaatın gözü qabağında hәmәn yaltaqları әlә salıb
dolayırdı. Anlayırdı ki, hәr yaltaqın içindә gәlәcәyin bir
tiranı yatır vә hәmin o balaca tiranlarda özünün kәdәrli
oxşarını görürdü. Bunlar dünәndә qalıb. Guya bu gün
vәziyyәt yaxşıdı, hәr şey bitib? Ölkә nәhәng dәlixanaya
dönüb. Hәtta Kreml gәrәksiz kontor kimi nәzarәtsizdi,
әldәqayırma siyasәt vunderkindlәri öz xeyirlәri üçün ölkәni
dalana dirәyiblәr. Xalqa yalançı yenidәnqurma möcüzәsi
vәd ediblәr, amma әsl hәqiqәt başqadır. Hamı vәhşilәşib,
yabanı olub insanlar. Alәm od tutub yanır, bu yandan da
bir topa pisniyyәt gәdәlәr mәhsulyyәtsizcәsinә adamları
daha fәal olmağa çağrışırlar. Belә siyasәtbazlarla
müqayisәdә keçmiş Rәhbәrin adını dahilәrin cәrgәsinә
qoymağa hazıram.
Saday Sadıqlı sәhnәdә sürәkli alqışlara bürünәn
onlarla monoloqu әzbәr bilirdi, Mopassan Mirәlәmov isә
vaxtında tәcrübәli teatr adamı olaraq bu monoloqlara
heyrәt içindә qulaq asmışdı. O, әvvәlәr dә bilirdi ki, Saday
Sadıqlı çoxdan artisliyin fövqündәdir. İndi isә içini qorxu
bürüdü. Sadaya etiraz elәmәk fikri yox idi, amma elә bil
birdәn onu arı sancdı. Qәzәblә әlini ovuşdurub, aktyorun
sözünü kәsdi: