DAŞ YUXULAR
118
tәәssüf duyğusu nә idi? Bәlkә bu acı hisiyyat bu qәdәr
danışandan, çәnә vurandan sonra da Mopassanın
qartımış, partiya teatrının
hәyat әlamәti olmayan
devorasiyaları arasında dәyişmәz qalmağına görә idi.
Bәlkә zahirәn yazıq, diribaş amma kilsәnin günbәzindә
bәrq vuran sarımtıl-narıncı işıqla, Әylisdә birgә keçirdiklәri
uşaqlıq illәri ilә heç bir bağlılığı olmayan Camalın bayaq
durub gedәndәn sonra artistin qәlbindә yaranan
nәhayәsiz boşluq sәbәnindәn idi. Bәlkә bu ağır, tәlaşlı
duyğuların әsl baiskarı xәyalәn Әbәdi Şәrin
yeni sifәtini
görmüş, indi Babaxan Ziyadxanlı kimi sәslәnәn yeni adını
eşitmişdi? Fәrq etmir sәbәb nәdir, ortada olan bu idi ki,
1989-cu ilin faciyәvi dekabr günü o Mopassan Mirәlәmovla
uzun, ağır danışıqlardan sonra Saday Sadıqlı alçaq bir
boşluğun dibinә düşmüşdü. Әn
dәhşәtlisi isә indi Saday
Sadıqlının düşdüyü o boşluqda hәtta Eçmiәdzin kilsәnin
müqәddәs sәcdәgahı da onun işlәdiyi teatrın sәhnәsi kimi
mәnasız vә cansıxıcı idi.
O, qanı qaralmış, beyni donmuş halda teatrdan çıxdı.