DAŞ YUXULAR 108
belәydi. Onun söylәdiklәri direktoru әmәlli-başlı tәlaşa
salırdı.
- Demәli belә. - O çaşqın halda deyindi. - Sözün
düzü, mәn dә bu fikirdәydim. Bilirdim ki, axına qarşı
durmaq mümkün deyil. - Mopassan hәlim, dostyana
danışır, özünü necә lazımdı elә aparmağa çalışırdı. - Sәn
ondan çox pislik görmüsәn, amma yamanlığa yamanlıq
elәmәk istәmirsәn. Әslindә işin qәnbәrqulusu sәnin
vicdanlı olmağındı. Әgәr söhbәt adi adamdan getsәydi,
dilxor olmağa dәymәzdi. Biz dövlәt xadimi barәsindә
danışırıq. Ona görә dә şübhәlәnirәm, hislәrin sәni aldatmır
ki? Axı sәn hәftәdә bir dәfә teatra gәlib-gedәndә, iki-üç
ay bundan qabaqkı görüşlәrimizdә belә düşünmürdün.
- Saday Sadıqlı dәrd çәkәn, qızarmış gözünü qıyıb
cavab verdi.
- Hә, iki-üç ay әvvәl görüşәndә... o iki-üç ay mәnә
artıqlaması ilә bәs elәdi ki, bu yenidәnqurma deyib
hürüşәnlәrin, siyasi qışqırıqçıların ölkәni uçuruma
sürüyürlәrin mәqsәdindәn xәbәrdar olum. Әmin oldum ki,
yalnız nadan adamlar olkәni belә biabırçı şәkildә dağıda
bilәrlәr. Yәni sәn görmürsәn ki, bunların heç bir
hәrәkәtindә aydın fikir yoxdu? Yenidәnqurma hakimiyyәtә
can atanların әlindә bir növ yeni silahdır. Xalq tәlaş
içindәdir. Heç kim bilmir ki, sabah başına nә gәlәcәk. Hәr
şey çat verir, dağılır. Ölkә üfunәt iyi verәn bataqlığa
dönüb. Aradan nә qәdәr sular axmalıdır ki, bu acgöz
çәrәnçilәr heç olmasa bir-birlәrini dinlәmәyә hәvәs
göztәrsinlәr.
Artist ehtirasla danışırdı. Elә bil sәhnәdәydi vә sözünü
әn axır sırada oturan tamaşaçıya çatdırmaq istәyirdi.