DAŞ YUXULAR 124
olmayıb. İşıq. Hәr yan işiq. Dağlarda günәş işığı.
Ağaclarda gilas işığı. Budaqlardan körpә yarpaqlar indi-
indi dit verib çıxır. Yasәmәn yenicә aşıb-daşır. Hansı il idi,
Allah, o il, yazın hansı vaxtı idi? Axı gilasın yetişmәyi ilә
yasәmәnlәrin çiçәklәmәyi başqa-başqa vaxtlarda olurdu.
Deyәsәn, tülkünün üstündә oyun durğuzduğu o
hasar daşdan deyildi sarımtıl-narıncı işıqdan hörülmüşdü
vә divardan süzülәn işıq küçәlәrә, yollara yayılırdı. O işığa
qәrq olan Әylis sәliqәylә yığışdırılmışdı, hәr tәrәfinә güllәr
әkilmişdi, küçәlәr şüşә kimi tәr-tәmiz idi. O işığa boyanan
sular axıb qırağında bәnövşә, süsәn bitәn arxı doldururdu.
O qәşәng tülkü balası tullanır, sevinir, oynaqlayırdı,
hasarın üstüylә üzü yuxarı- günәş şәfәqlәri altında
günbәzi qızıl kimi parıldayan Daş kilsәyә can atırdı, onunla
birlikdә qoz ağacının açıq-yaşıl yarpaqları, alçalar, әriklәr,
hasar boyunca arxın üstündә bitib göyәrәn nә vardısa,
hamısı sevinir vә elә o sevinc içindә onlar da durduqları
yerdә oynaqlaşırdılar. Hәrdәn bala tülkü tünd yaşıl
yarpaqların arasında gözdәn itir, sonra yenә peyda
olurdu. Bax o vaxt - tülkü balasının görünüb, qәfil gözdәn
itdiyi hәmәn anlarda xәstәxana çarpayısında yatan Saday
Sadıqlı daha dәhşәtli ağrılara tab gәtirmәli olurdu.
Bir sözlә, doktor Fәrzani qәnaәtindә yanılmırdı, xәstә
hәqiqәtәn dә uzaqlardaydı. Doktor onu da düz deyirdi ki,
indi hәr şey onun özündәn asılıdır - yaşamaq da , ölmәk
dә, istәsә o uzaqlardan qayıdacaq, istәmәsә yox, elә
oralarda qalacaq.
Xәstә hәlә ki, geri dönmәk islәmirdi. Nağıllardakı kimi
qәşәng tülkünü qarabaqara izlәmәkdәydi. Oğlanın yeganә
arzusu onu tutmaq, bağrına basmaq, öpüşlәrә qәrq