DAŞ YUXULAR 131
vilayәtlәrinә daxil olan Van, Bitlis, Diyarbәkr Kürdüstan
adlanırdı. - İç divarlar daşla üzlәndi. Kilsәyә su çәkildi.
Allah bütün ustalara güc-qüvvәt verdi."
Doktor Abasәliyev daha xәstә tәrәfә gözünün ucuyla
da baxmır, biri-birinin ardınca çantadan dartıb çıxardığı
vәrәqlәri elә boğuq sәslә oxuyurdu ki, sanki özü-özünә
mütaliә edirdi.
Münәvvәr xanım anladı ki, bu iş uzun çәkәcәk,
müdaxilә elәdi:
- Doktor, axı hәr yerdә onların ermәni yox, alban
olduqları yazılır.
Doktor Abasәliyev sanki bircә anı da olsun boş yerә
vaxt itirmәk istәmirdi. Amma bununla belә başını qaldırıb
tibb bacısına baxdı, gözünü kağızdan ayırmadan qışqırdı:
- Sәnin dediklәrin tam mәntiqsizdi! Әgәr kimsә özünü
ermәni adlandırırsa, mәn necә deyә bilәrәm ki, yox, sәn
ermәni deyilsәn? Sәn hansısa albansan, lәzgi, talışsan,
yaxud bütün bunların cәminin qarışığısan? Düzdü, bәzilәri
Әylis ermәnilәrini "zok" adlandırırlar. Onların dili dә
Erevan ermәnilәrinin dilindәn bir qәdәr seçilir. Yazılarında
da fәrqlәr tapmaq olar. Axı bizim Ordubadın müsәlman
kәndlәrinin dә hәrәsi öz lәhcәsindә danışır. Şәkilini bakılı
ilә qarışıq salmaq olmur - gör nә qәdәr dil, xarakter, adәt
fәrqlәri var. Ermәnilәrdә dә eyni haldır. Bilmirәm bu
albanlar kim imiş, harda yaşayıblar. Amma Әylisdәkilәrin
ermәni olduğu dәqiqdir. Ermәnini növlәrә bölmәyә nә
ehtiyac var. Bәli, - doktor bu dәfә dә Fәrid Fәzaniyә
müraciәtlә dedi. - VIII-XIII әsrlәrdә necә әrәb yürüşlәri
olub, elәcә dә türk, tatar-monqol, oğuz, sәlcuq yürüşlәri
olub. Sonralar üç yüz il bu torpaqlar İranın vә Türkiyәnin