DAŞ YUXULAR 136
Düşünürәm ki, Moskvasız bu işin öhdәsindәn gәlә
bilmәrik. - Azadә xanıma baxıb günahkarcasına başını
aşağı әydi.
Bir neçә dәqiqә heç kәsin cınqırı çıxmadı. Sükutu
doktor Abasәliyev pozub daha bir bәd xәbәr verdi:
- Eşitmisәn, Aza, Nuvariş neylәyib?
- Yox, neylәyib ki?
- Deyirlәr özünü eyvandan atıb.
- Kim deyir? - Azadә hәyәcanlı, titrәk sәslә pıçıldadı.
- Mәrdәkanda çörәk dükanında arvadlar danışırdılar.
Mәn özüm dә üç-dörd gün әvvәl onun ölümü haqqında
radiodan eşitmişәm. Amma bilmirdim ki, özünә qәsd
elәyib.
- Ona görә bura gәlmirmiş, - doktor Fәrzani dillәndi.
- Allah rәhmәt elәsin, - Münәvvәr xanım bütün
bәdәnini әsdirә-әsdirә ümumi kәdәrә şәrik oldu.
Sәhәr tezdәn palataya uşa-uça girәn doktor
Abasәliyev günortaya yaxın xәstәxanadan çıxanda tamam
başqa halda Mәrdәkandakı evinә yollandı.
Saday isә hәlә dә özünün uzaq dünyasında idi. İndi
göyçәk tülkü balasını qovaraq tәpәnin üstünә qalxmışdı,
kәndin aşağı vә yuxarı mәhlәlәrini görürdü, qüruba
әyilmәkdә olan günәşin şәfәqlәri ilә işıqlanan havadan qoz
yarpaqlarının su qoxusu qarışmış acımtıl әtri bürümüşdü.
Qocaman qoz ağacının yaşıl budaqları onun durduğu
yüksәkliyә tәrәf әyilmişdi.
Uzaqlardan Daş kilsәnin divarlarını döyәclәyәn suyun
sәsi eşidilirdi.
Qara, göyçәk tülkü balası hәlә dә yaşıl badaqlar
arasında tullanıb düşür, oğlan onu gözdәn itirmәkdәn