DAŞ YUXULAR 61
çoxillik qәnaәtlәri pisxoloqu tәhrik elәmişdi ki, beynindә
közәrәn çәk-çevirlәrinin sәbәbini aydınlaşdıra bilsin. O
әsәbi halda, hәm dә anlaşılmaz qәribә bir sәslә dedi,-
Ermәni evi zәbt elәyәn hәr bir әylisli ailәsindә pisxi xәstә
var - dedi. - Mәn bunu sәnә hәkim kimi deyirәm. O
evlәrdә dinclik görәn kimsә varmi? Әgәr tәrәddüd
elәyirsәn, Vuraqurddan aşağıdakı evlәri bircә-bircә sayaq.
Götürәk Daş kilsәnin yanında Mırıq Müzәffәrin evini. Heç
kim deyә bilmәz ki, özünün, yaxud arvadının başı yerindә
deyil, normal adamdılar. Çünki onların doğulduğu vә
böyüdüyü ev basqınlar zamanı әlә keçirilmәyib. Amma
onların uşaqlarına fikir ver, hamısı pisixi xәstәdir.
Kәmağıllılığın klassik forması göz qabağındadır. Bir vaxtlar
xәstәxanamızda Müzәffәrin iki qızını müalicә elәmişәm.
Necә lazımdır elә, kefin islәyәn kimi müalicә elәmişәm.
Ola bilsin, sәn o qızları elә indicә küçәdә, bulaq başında
görәsәn. Elә bil xәstә quzudular. Bir adama salam
vermәzlәr, kimsә ilә kәlmә kәsmәzlәr. Çünki tutulduqları
azar sağalmazdır. Mәncә, bu xәstәlik deyil, cәzadır.
Günaha görә Allahın insanlara verdiyi cәzadır... Mırıq
Müzәffәrdәn azca aşağıda Qaban Qurbanın evidir.
Görürsәnmi, nәvәsi nә kökdәdir? Dırmaşır hasara, ordan
gәlib gedәnin başına daş yağdırır. Bax hәlә talanlar
zamanı zәbt edilәn evlәrin günü-güzaranı necәdir? Götür
Bәyaz qocanın oğlu Qafili - üzdәn ağıllı-başlı adamdır.
Әslindә isә başdan xarabdır. Ona ayrı nә ad verim ki,
qarşılaşanda mәni yalan olmasın bir saat çәnәsinin altına
salıb qara atın belinә qalxan Mәhәmmәdin Sina dağına -
Allahla görüşә yollanmasından danışır. Yaxşı, xәstә-
xüstәni qoyaq bir qırağa. Sağlam, ya qeyri sağlam olsun,