DAŞ YUXULAR 57
idi. Vәng kilsәsinә qәdәr olan yol dümdüz idi, hәmin o
dümdüz yolun sonunda çayın qırağına düşüb yoxuş cığıra
çıxdılar. Dağlardan sızan balaca Әylis cayının suyu adi bir
bulaq axarı qәdәr olar, ya olmazdı. Hәm dә onun suyu
ürәk yanğısını biran da söndürәn bulaq suyu qәdәr soyuq
deyildi. Amma uzun yolun istiliyi canlarını bürüyәndә elә
bu çayın suyu da kara gәlirdi. Birtәhәr dәhnәnin yanına
çatdılar. Elә orada anladılar ki, bәlәdçi vә at, yaxud eşşәk
olmasa ora gedib çıxa bilmәyәcәklәr. Elә buna görә dә
çobanların açdığı dar cığırla geri dönüb günortaya yaxın
Әylisin әn uca nöqtәsindә qәrar tutan Vәng kilsәsinә
yetişdilәr.
Saday kilsәyә uşaqlıqdan bәlәd idi. Orada saysız-
hesabsız göyәrçinlәr mәskәn salmışdı. Ona görә dә
cammat arasında bu yerin ikinci adı « Göyәrçin bazarı »
idi. Onlar kilsәnin hәyәtinә girәndә göyәrçinlәrdәn әsәr-
әlamәt qalmamışdı. Görünür, quşlar su vә dәn dalınca
bağlara, tarlalara uçub getmişdilәr. Elә buna görә dә
kilsәnin qalın divarlarının arasında mövcud dünya vә
atmosferlә heç bir әlaqәsi olmayan sakitlik vә sәsizlik,
insansızlıq vә zamansızlıq hakim idi. Hәtta kilsәnin içini
dolduran hava da bu dünyanın havası deyildi, yad hava
idi. Düz xәtlә boyunca uzanıb künbәzin dörd pәncәrәsini
yarıb keçәn gün işığı hәmişәki Әylis işığına bәnzәmirdi,
sanki çox uzaq vә gözәgörünmәz bir mәkandan axıb
gәlirdi. Künbәzin aşağı hissәsindә axır macallarda әmәlә
gәlmiş, yarıqdan sızan gün işığı nәsә yad dünyanın sirli-
sehirli ovqatını yaradırdı. Çayın qırağından başlayıb yuxarı,
kilsәyә aparan daş pillәkәnlәr Sadayın uşaqlıq yuxularına
çox girmişdi.