DAŞ YUXULAR 59
veyillәnirdi. - Bu dәfә Qulu doktorun çiynini bir az da bәrk
dürtmәlәdi - Bәri bax, Zülfü, sәn hara, bura hara?
- Gәldim, baxım görüm sәn öz cinlәrinlә necә yola
gedirsәn - deyә doktor Abasәliyev cavab verdi vә ehmalca
Sadaya göz vurdu. Hә, Pessimis, yenә onlar sәnә nә
pıçıldayırlar? Gecә gәlirlәr, yoxsa gündüzlәr dә qır-saqqız
olub yaxandan әl çәkmirlәr?
- Söz tapdı danışmağa, - Qulu rәncidә oldu - adını da
doxtur qoyub.
- Demәli cinlәrlә dostluğu pozmusan? De görüm bu il
hәyәtdә bir şey әkә bildin?
- Әlbәttә әkmişәm, elә şey olar? - Pessimis Qulu uca
sәslә dillәndi vә tez dә söhbәti dәyişdi. - Heç denәn bu
alçaqlar qoyurlar ki, әkdiyimizdәn bir şey әlә gәlә?
- Deyirsәn, cinlәri yanından qovmusan, hә?
- Belә yerdә cin durmaz! Buranın adamları cindәn
dәhşәtlidir. - Pessimis Qulu darvazanı tәpiklә itәlәyib açdı
- Budur, özün bax, әclaflar hәyәtә gәlәn suyu zәhәrlәdilәr,
nә ki ağac var quruyub.
Saday hәyәtә göz gәzdirdi: әsasәn әrik, orda-burda
gilәnar, armud, fındıq, şaftalı ağaclarıydı. Gilas ağacına
mәmәlәri dizinәcәn sallanan keçi bağlanmışdı. Divarın
dibindә әkilәn zirinc kollarının dibindә bir neçә toyuq vә
cücә eşәnәk atırdı. Hәyәtә heç nә әkilmәmişdi. Heç bir
ağac-zad da qurumamışdı.
Onlar Qulunun darvazasından çıxanda:
- Sәn ki bilirsәn, cavan oğlan, bu çoxdanın dәlisidi -
Abasәliyev dedi. Onlar daş döşәnmiş dar yolla üzü aşağı
gedәndә yan-yörәdәki evlәrә nәzәr sala-sala Sadaya
gözlәnilmәz, qorxulu vә qәribә әhvalat danışdı.