DAŞ YUXULAR 56
kilsәsinin hәyәtindә gәlәcәk qayınatasına rast gәldi. İlk
kәlmәdәn söhbәtlәri tutdu, söhbәtlәşdilәr, o vaxtlar bir-
birinә qarşılıqlı ehtiyac hiss etdilәr vә xoş münasibәtlәr
sonradan dostluğa çevrildi. Hәmin yay onlar (adәtәn
ikilikdә, hәrdәnbir Azadә dә onlara qoşulurdu) bağ-
baxçadan keçib, bulaqdan içib, kilsәlәrә baş çәkib
doyunca gәzib dolaşdılar. Hava sәrin olan vaxtlarda hәtta
dağın o üzünә aşıb qonşu kәndlәrә gәzmәyә gedirdilәr.
Çox vaxt axsamlar danışır, sәhәrlәr qәrarlaşdırdıqları
yerdә görüşürdülәr. Bәzәn Abasәliyev lap ertәdәn qalxıb
Sadaygilә gәlir, onu tәlәsdirirdi, « tәlәs, cavan oğlan, bir
azdan gün qalxacaq ». O zamanlar Abasәliyev Sadaya
cavan oğlan deyirdi.
O yay günlәrin hәr biri, Әylisdә Abasәliyevlә birgә
keçәn vaxtlar yalnız Әylis haqda olan maraqlı әhvalatlarla
deyil, hәm dә havasındakı sәfalı quru istisiyilә uzun illәr
bir bayram tәәssüratı kimi Sadayın yaddaşından silinmәdi.
Bir dә tәzә-tәr yaşıllığıyla, bir dә neçә-neçә çeşmәlәrinin
dadıyla vә tәbii ki, әn çox da adamlarının mehribanlığıyla
yaddaşına hәkk olundu.
Axşamlar danışdılar ki, sabah görüşüb, ikilikdә
Vuraqırddan xeyli aralıda yerlәşәn Әylisin çoban
yataqlarına baş çәksinlәr. Bundan irәli dә yay tәtillәrindә
Saday istәmişdi, gedib çoban yataqlarını görsün. Sadayın
uşaqlıq dostu, yeddi il onunla bir sinifdә oxuyan Camal elә
yedinci sinifdә mәkdәbdәn aralanıb qoca çobana
qoşularaq kolxozun mal-qarasını, qoyun-danasını
otarmağa getmişdi. O vaxtdan bu vaxta Camalın yay
aylarında kәndә gәlmәyә imkanı olmurdu. Tәkbaşına
dağlar aşıb uşaqlıq dostu ilә görüşmәk Sadaya da çәtin