DAŞ YUXULAR 52
da dağların әn uca zirvәsindә hava kimi, ruh kimi dolaşan
şәfәqlәrini Allahın tәbәssümü, böyük yaradanın nәzәrlәri
adlandırmışdı. Bunu Allah özü dә çoxdan bilirdi. Axı başqa
necә ola bilәr ki, Saday Sadıqlı huşsuz halda Bakı
xәstәxanalarından birindә döşәli qala vә hәm dә elә o
huşsuz, can hayında ikәn Әylisdә Vәng kilsәsini görә, o
kilsәnin günbәzindә od tutub yanan gün işığını, hәyәti,
bağları, gilas ağaclarının qalxıb göylәrә meydan oxumağını
görә.
Yayın әvvәllәri idi. 1952-ci ilin iyun ayı. Pişpişә
ağacları gül açmışdı. İydәnin, yasәmәnin, akasiyanın
çiçәklәri salxım-salxım olub budaqlardan sallanırdı.
Üstәlik, Әylisdә Anıx adlandırılan, әsilindә Aniko kilsәsinin
qarşısındakı da müxtәlif növ topa-topa әlvan gül-çiçәklәr
әkmişdi. Kilsәnin qonşuluğunda, Allahın evini odun, ot-әlәf
ambarına çevirәn Mirәli kişinin hәyәtindә sarı lәçәklәrini
tәzә-tәzә açmağa başlayan günabaxanlar bu cәnnәt
mәkanın axar-baxarını bir az da artırırdı. Danışırlar , guya,
bir vaxtlar yuxarıda sarımtıl-narıncı nur içindә alışıb yanan
günbәz qarlı dağlar qәdәr, dünyanın hüdudsuzluğu vә
gözәlliyi qәdәr möhtәşәm imiş. Rәssam Lüsi, Haykanuşun
on üç-on dord yaşlı nәvәsi yenә dә mәbәdin - Vәng
kilsәsinin hәyәtindә idi. O yay Lüsi ilk dәfә Yerevandan
Әylisә tәtilә gәlmişdi, ilk gündәn başalayaraq sәhәrdәn
axşamacan kilsәnin hәyәtindәn aralanmamışdı. Eyni
kilsәnin rәsmini neçә dәfә çәkmәk olar, İlahi? Bәlkә kilsә
mәsәlәnin gözә görünәn tәrәfidi? Bәlkә o sәhәrlәr vә
axşam üstü yuxarıda, günbәzdә nur saçan Allah
tәbәssümünü görür vә inanır ki, onu fırça ilә kağıza
köçürmәk olar? Yoxsa daha hansı sәbәbә görә sәhәrdәn