DAŞ YUXULAR 48
can atırdı, amma dәrhal qüvvәsini itirirdi. Bax onda Saday
soyuq kәlәkötür daş çıxıntının üstünә uzandı, bir az özünә
gәldi, yenidәn qırmızı bişmiş kәrpicdәn hörülәn, hәlә dә
görünmәyәn kilsәyә doğru hәrәkәt etmәyә başladı. Elә ki,
o bir qәdәr irәlilәyirdi, qәribәdir hәmәn an arxada
qoyduğu dikdir yeni başdan irәli sürüşürdü. Dәrә boyunca
axan çay qırağından başlayıb göyün üzünә qәdәr yüksәlәn
pillәkәnlәrin daş dünyası zәlzәlәdәn titrәyir, o titrәyәn,
yellәnәn daş dünyanın müsafiri Saday Sadıqlı yadına sala
bilmirdi ki, haradadır, nә axtarır? Yoxluğun vә
mәkansızlığın dәhşәtli qorxusu içindә batıb boğulurdu.
Artist belә dünyaya huşunu itirәndәn sonra
düşmüşdü.
Hәmin gün sәhәr saat on bir, on iki radәlәrindә
evdәn çıxıb Parapet tәrәfә gedirdi. Hansısa sirli bir qüvvә
yenә dә Saday Sadıqlının düşüncәsinә hakim kәsilmişdi
mübhәm bir qüvvә onu Eçmiәdzinә dartırdı. Saday Sadıqlı
heç vaxt Eçmidzindә olmamışdı. Ancaq axır macallar, az
qala hәr gecә yuxuda nahamar daşların, qayaların arası ilә
ona tәrәf gedirdi vә yuxusundakı bu çәtin yol Vuraqırda
aparan, kitablarda oxuduğu, videolarda gördüyü daş
pillәkәnlәrә dirәnir, ilişib qalırdı. Eçmiәdzinә yollanmaq,
törәtdiklәri әmәlә görә müsәlmanların bağışlanılmasını
dilәmәk niyyәti Saday Sadıqlının ürәyindә Sumqayıt
hadisәlәrindәn sonra, gecәlәrin birindә baş qaldırmışdı.
Sonralar Saday Sadıqlı ayırd elәyә bilmirdi: bu fikir onun
ağlına yuxuda yoxsa gerçәkli hәyatda gәlib. Ancaq hәmin
sәhәr o, yuxudan qıvraq oyandı, yuyundu, iştahla sәhәr
yemәyi yedi, lәzzәtlә çay içdi vә hәtta bu sәmavi ideyanın
mәğzini sevimli arvadına danışmaqdan özünü saxlaya