DAŞ YUXULAR 50
- Eh, sәn dә, papa! Hәr şeyi zarafata salırsan, -
Azadә xanım bir az incik sәslә dedi. - O, hәr bir Bakı
ermәnisinin halına elә yanır, guya onları qorumaq tәkcә
bunun borcudur. Ermәni onun üçün canından әzizdir.
Guya onlar mәlәkdirlәr, göydәn uçub gәliblәr, biz isә
cәlladıq, onların qanını içirik. Mәәttәl qalmalı işdi, tәkcә o
zamanın Әylis ermәnilәrini deyil, burdakıların da
ucdantutma hamısını bizim taxtabaş qara-qışqırıqçılardan
üstün tutur. Öz gözü ilә heç vaxt görmәsә dә Әylisdә
türklәrin ermәnilәrә qarşı törәtdiyi qәtliamı unuda bilmir.
Papa, onun belә olmağının baiskarı sәnsәn.
- Elә deyil, qızım, bu mәsәlәyә mәnim heç bir
qarışacağım yoxdur. O, anadangәlmә düzgün, vicdanlı,
insaflı adamdır. İş onda deyil, indiki ermәnilәr necәdir,
әsas mәsәlә budur ki, biz necәyik. Sadayın keçmişdәki vә
ya indiki ermәniylә nә işi. Onu düşündürәn bizim
millәtimizdir. Sәn ki bilirsәn o, yağışdan sonra çıxan
göbәlәk kimi dünyanın harasına desәn sәpәlәnmiş
millәtini necә sevir, elә buna görә dә taxtabaş qara-
qışqırıqçılardan fәrqlәnir. - Doktor uzun müddәt susdu.
Sonra hәr ağrısını öz ağrısı bildiyi qızıyla isti, mehriban
sәslә danışmağa başladı. - Sәn "Leyli vә Mәcnun"u
oxumusan. Yadındadı, Mәcnunun ata tәrәfinin qoşunu qәti
qәlәbә üçün Leylinin qohum-әqrabasının üstünә cumanda
o nә oyun durquzur? Dava nәyin üstündә idi? Dava onun
üstündә idi ki, valideynlәri öz qızlarını ayrı qәbilәdәn olan
dәliyә vermәk istәmirdilәr. Leylinin dәrdindәn dәli-divanә
olan Mәcnun neynәdi, hәlledici mәqamda düşmәn tәrәfә
adlayıb özününkülәrә qarşı vuruşdu. Çünki ortada hәqiqi
sevgi vardı. Hәqiqi sevgi sәrhәd tanımır. Bu sayaq yalnız