DAŞ YUXULAR 58
Uşaq vaxtlarında Saday çayın qırağından başlayıb
yuxarıya, addım-addım kilsәyә tәrәf dikәlәn daş
pillәkәnlәri görmüşdü, o pillәkәnlәrә dayaq olan dayanan
meydançanı görmüşdü. Vә bununla yanaşı o yüksәklikdәn
geriyә, çayın qırağına yenәn, möhkәm daşlardan hörülü
daracıq yol da yadındaydı. Amma doktor Abasәliyevlә
uğursuz sәfәrdәn geri döndüklәri gün Sadaya elә gәldi ki,
ömründә heç zaman bu kilsәni, ona qalxan daş yolu, daş
divarları, bu qәribә, qәdim Vuraqırdda olan yeganә yolu
görmәyib.
Qulu elә hәmin Qulu idi, dәyişmәmişdi. Nә zaman ki,
tutması tuturdu, dәrhal evdәn çıxır, sәhәrdәn axşamacan
bir hovur toxtamadan darvazanın qabağında fırlanır, ağzı
köpüklәnә-köpüklәnә öz-özüylә danışırdı. Onu danışdıran
sәbәb isә guya bu idi ki, kimsә hәr gün su arxına zәhәr
tökür vә o zәhәr dә onun hәyәtinә axır. Qulu hәmәn
"mәrdimazarları" ağlı
kәsәn dәrәcәdә, belәcә
zәrәrsizlәşdirirdi. O, evinin üstünә daş atan, damına
dırmaşan uşaqlara nifrin yağdırırdı. Ayrı yerlәrdәn gәlәn,
qozbel arvadı vә evdә qalıb qarımış naxoş qızı ilә yaxınlıq
elәmәk istәyәn hansısa cavan oğlanları hәdәlәyirdi.
Doktor Abasәliyev pul çıxarıb Qulunun cibinә basdı.
O, susdu vә tәәccüblә uzun-uzadı doktor Abasәliyevә
baxdı.
- Nәdir, Qulu. Tanımadın mәni? - doktor soruşdu.
Pessimis Qulu bir qәdәr fikirlәşdi vә birdәn doktorun
çiyninә vurub dedi:
- Zülfü deyilsәn? Böyründәki yoldaşını isә o saat
tanıdım, uşaq olanda bütün günü boş-boşuna aralıqda