DAŞ YUXULAR 51
qadını vә vәtәni sevmәk olar. Sevgi tәmiz güzgü kimidi,
qızım, orada yalnız xeyirxahlıq vә mәrhәmәt әks olunur.
Әsl sevgi hәyatda qazanılmır, onu Allah әta edir. Bizim
Mәcnunun da dәrdi bax bu idi. Yaxşı ki, qızım, belә
xәstәliyin әlacı hәlә tapılmayıb, - doktor Abasәliyev indiki
vәziyyәtdә çarәsizliyini ifadә edәn qәhәr dolu sәslә susdu.
Elә onda da doktor Abasәliyev telefondaca qızına
Әylis haqqında bir saatacan uzun nitq irad elәdi. Amma o
telefon söhbәti Azadә xanımı nәinki toxtatdı, әskinә daha
bәrk tәlaşlandırdı, ona elә gәldi ki, bütün kişilәr tәdricәn
olan ağıllarını da itirirlәr.
"Bu bizim Vәng kilsәsidir - eynәn Eçmiәdzindәkinin
oxşarı". Bu sözlәri bir zaman Abasәliyev Vәng kilsәsinin
hәyәtindә kürәkәninә demişdi (Vәng - kilsәnin
azәrbaycanca adıdır. Mәbәd bizim eranın I әsrindә apostol
Varfolomey tәrәfindәn tikilib. Kilsәnin inşa olunduğu
mәhәllә Vәng adlanır). Mәsәlәnin qәribәliyi var, artist
haradan bilәrdi vә nә tәhәr olur ki, Eçmiәdzinә gedәn
saysız-hesabsız yollardan biri Vәng kilsәsindәn keçir? Kim
nә deyir desin, artıq o, Vuraqırda oxşayan, әzablı
pillәkәnlәrdәn, eniş-yoxuşdan ibarәt daş dünyadan
addımbaaddım, bitdә-bitdә keçmişdi. Aman Allah, bu ki,
Vәng kilsәsinin eynidir.
Günәşin sarımtıl, bәnövşәyi şәfәqlәri qollu-budaqlı
ağcaqovaq, gilas ağaclarının çәtirlәri arasından süzülәrәk
kilsәnin daşdan yonulmuş günbәzinin tәn ortasına düşür,
oradan isә әks olunaraq, rәngini dәyişmәdәn, gurluğunu
azaltmadan dağların әn uca nöqtәlәrinә әlәnirdi.
Saday Sadıqlı bir dәfә günәşin gah yanlardan saçaraq
ağac çәtirlәri arasından keçәn, gah kilsә günbәzindә, gah