DAŞ YUXULAR
47
İlahi, bu yer nә yerdi belә!
Yәni doğrudanmi dünya deyilәn şey çayların әyri
qırağından baş alıb sıldırımlı dağların tәpәsinә dikәlәn
nәrdivandı? Әylisdimi bura ? Necә olur görәsәn ensiz dar
dәrә bircә göz qırpımında qәfil genişlәnir, genişlәnir,
dünya boyda olur. Doğrudanmı Әylis bu qәdәr böyüyüb?
Yoxsa burdakı bütün daşları toplayaraq
ucalara gedәn bir
nәrdivan qurub ki, oradan baxanda balaca, әl
içi boyda
Әylis dәrәsi yox, göz işlәdikcә genәlәn bütün dünya
görünsün. Bu necә mәkandı, İlahi !
Bәlkә bu dağlar vavilion Allahının Mesapotomiyadakı
Daş darvazasıdır. Bәlkә Akropoldur? Bәlkә bu batıq-
çıxıqlar, pillәkәnlar göy üzündәki Parfenona açılır? Vә
nәdәn, nә üçün onun qövüsvari
pillәkәnlәri Dionis
teatrının daş oturacaqlarını xatırladır? Bәlkә dә Әylisin
yuxarı hissәsindәki Vuraqırd adlanan daş dünyaya Ahәng
demәk daha düz olardı. (Vuraqird ermәnicә Vardakert
toponiminin tәhrif olunmuş şәkilidir. Vardakert kilsәsi (
Müqәddәs Xristofor kilsәsi) Әylisin әn qәlbi yerindәdir).
Amma hәlә belә demәk tezdir. Çünki Saday Sadıqlının
durduğu daş pillәkәndәn Vuraqirdın
daş kilsәlәrinin bircәsi
dә görünmürdü. Axı o, bu ecazkar, İlahi mәkanına mәhz
ahәng dalınca gәlmişdi,
artist onu görürdü, әgәr o ilahi
ahәngdarlıq olmasaydı bundan sonra gedilәsi yol da
mәnasını itirәrdi.
Artist can atdığı o uzaq
mәkana qovuşmaq üçün bu
daş pillәlәrlә üzüyuxarı hәlә çox dırmaşmalıydı : di gәl,
ayaqlarının heyi azalmışdı, әllәri sözünә baxmırdı,
başındakı ağırlıq vucudunu çәkib aparmağa imkan
vermirdi. Artist heç olmasa bircә pillәkәni dә qalxmağa