DAŞ YUXULAR
45
elәyәn adamların dilindәn qopan sözün sayı yarımvәhşi
insanların ov mәrasimlәrindә işlәtdiklәri sözün sayından
çox deyildi.
Azadlıq!
İstefa!
Qarabağ!
Son vaxtlar bu adamlar bәsit
lüğәt tәrkibini daha üç
kәlmә ilә zәnginlәşdirmişdilәr.
Ermәnisәn!
Ölmәlisәn!
Vәssalam!
- Vәssalam! Vәssalam! - Doktor Fәrzani öz-özünә
danışıb pәncәrәdәn aralandı.
Vә bu vaxt o, bir damla göz yaşının işıldaq
iz sala-
sala xәstәnin saralmış sifәtindәn boğazına tәrәf
süzüldüyünü gördü.