DAŞ YUXULAR 40
Hә, oğlu doktor Fәrzaninin zәif yeriydi. Artistin
söhbәti, çox güman onun ürәyinin o zәif tellәrinin
tәrpәtmiş, yarasının qaysağını qoparmış, köhnә dәrdini
tәzәlәmişdi. O xasiyyәtinә yad olan sirli bәdbinliyә
qapılmışdı vә indi dә görünür bütün bu üzüntülәrdәn xilas
olmağa can atırdı.
- Hә, o anadangәlmә Don Kixotdur! - Fәrzani süni bir
fәrәhlә dedi. - Don Kixot - bax bu rol onun boyuna biçilib.
Qoy sağalıb yataqdan qalxsın bunu ona deyecәyәm. Necә
bilirsәn, xәtrinә deymәz,
Artist heyrәt içindә doktora baxdı, çünki "Don
Kixot"un Saday Sadıqlının әn sevimli әsәri olduğunu bilirdi.
- Deyәrsiniz, niyә dә yox - hәyacanlanmış artist
siqaret çıxarmaq üçün yenidәn
әlin cibinә dürtdü. - O, "Don Kixot"u yüz dәfә
oxuyub. Servantes sevdiyi yazıçıdır. Bizimkilәrdәn әn çox
Mirzә Fәtәli Axundova dәyәr verir. Hәyatda isә pәrәstiş
elәdiyi qayınatasıdı, doktor Abasәliyev, bir dә hәmkәndlisi
ermәni qızı Haykanuş, onun barәsindә hәmişә
mәhәbbәtlә danışır. - Nuvariş Qarabağlı bütün bunları
birnәfәsә üyüdüb tökәndәn sonra әlini cibindәn çıxarıb,
bir anlıq doktora baxdı.
Doktor Fәrzani "Don Kixot"u iki dәfә oxumuşdu,
Mirzә Fәtәli Axundov barәdә nәlәrisә bilirdi, amma ermәni
Haykanuşu, şübhәsiz, yerli-dibli tanımırdı. Doktor
Abasәliyevlә isә lap yaxın tanış idi. Onunla Moskvada,
Lelinqradda, Praqada, Varşavada... keçirilәn tibb
simpoziumlarında dәfәlәrlә görüşmüşdü.
- Doktor Abasәliyevin qızı harda işlәyir?