DAŞ YUXULAR 38
xoşbәxt atası - Fәrid Fәrzqani, Allahın hökmünә bax ki,
oğlu doğulandan sonra heç nәyin üstündә daxili
müvazinәti itirib. Körpә oğlunun sünnәt mәsәlәsi ata üçün
böyük problemә çevrilib. Oğlu yekәldikcә problem dә
yekәlib. İş o yerә çatıb ki, o әvvәlki illәrdәn fәrqli olaraq
qatış-qutuş yuxular görmәyә başlayıb.
Bir sabah oğlu on iki yaşına çatanda Fәrid Fәrzani
arvadına qәti fikirini dedi: "Bu, qanundu, Peyğәnbәrin
buyuruğudu. Mәnim onu pozmağa ixtiyarım yoxdu".
"Mәgәr sizin peyğәnbәr Allahdan ağıllıdır?" - sevimli
arvadından bu cavabı eşidәndә hirsindәn başını divara
çırpmaq hәddinә çatdı.
Bax elә hәmin günün sәhәri arvadı işә, qızı mәktәbә
gedәndәn sonra oğlundan iltimas elәdi ki, Peyğәnbәr
tәrәfindәn müsәlmanın Allah qarşısında ilk borcu kimi
qeyd edilәn sünnәt ayinini yerinә yetirmәk üçün atasına
razılıq versin. Kimin ağlına gәlәr ki, belә bir tәcrübәli
cәrrahın elәdiyi sadә әmәliyyat sonda fәsadla
nәticәlәnәcәk? Ancaq ya qorxudan, ya tamam ayrı
sәbәbdәn axşama yaxın oğlunun qızdırması qırxa qalxdı.
İşdәn qayıdan, oğlunu bu halda görәn ana taqәtdәn
düşdü, dili batdı. O, әrinә bir kәlmә demәdәn, uşağın
qızdırmasını salmaq üçün heç bir cәhd göstәrmәdәn
hamamxanaya girib qapını arxadan kilitlәdi vә uzun
müddәt bağlı qapı arxasından gәlәn hönkürtü vә hıçqıraq
sәsi kәsilmәk bilmәdi.
Heç demә, rus qadınlarının mәhәbbәti asanlıqla
nifrәtә dönә bilirmiş. Baxmayaraq ki, yaralı oğlan sәhәr
tezdәn yataqdan qalxıb evin içindә heç nә olmamış kimi
rahatca gәzişmәyә başladı, bununla belә arvadı