DAŞ YUXULAR 35
çıxır. Ara qarışıb, mәzhәb itir. Kәnd ağsaqqalları Sadayın
sifәtinә o nalayiq söz qalmır, demәsinlәr. Hәttda adәtә
görә mәclisdә iştirak hüququ olmayan arvadlar elә
hasardanca qışqırıb "Allah cәzanı versin" - deyirlәr.
Elә ki sünnәt bitir Nardaran cavanları bunu tinә çәkib
o ki var әzişdirirlәr. Bәdbәxti elә hala salırlar ki, üç ay
sәhnәyә çıxa bilmir. Deyilәnә görә hәtta bütün Qafqaz
müsәlmanlarının Şeyxi Allah Şükür Paşazadә şәxsәn
xәstәxanaya, onun yanına tәşrif buyurur ki, Saday
camaatın qabağına çıxıb cәmi nardaranlılardan üzr istәsin.
Çünki tәhqir olunan nardaranlılar onu bir anın içindә o
dünyalıq edәrlәr.
Artist bu ağlamalı-gülmәli әhvalatı tam bir coşğuyla,
hәm dә bir az bәzәyib danışdı vә birdәn susub hәkimә
göz qoydu, gördü ki, onun sifәti tamam dәyişib, qorxdu,
işlәri korlamayıb görәsәn? Artistә elә gәldi ki, danışdıqları
doktorun kefinә soğan doğrayıb. Ona görә dә,
tәlәsmәdәn, ehtiyatla әlavә etdi: - Nә bilim, bәlkә
bunların hamısı boşboğazların çәnә söhbәtidir. Bәlkә
mәndәn dә betәr axmağın zarafatıdır vә o susdu, bәrk
dilxor oldu, görünür Sadayın dindar nardaranlılarla ölüm
tәhlükәli zarafatı insanların inamını tәhqir demәkdir, elә
doktor Fәrzaninin dә. Amma Fәrid Fәrzani qatı müsәlman
deyildi. Oruc tutmurdu, namaz qılmırdı. Moskvada yaşasa
da çalışırdı ki, imkan daxilindә öz dininin vә Peyğәnbәrinin
qoyduğu qaydaları gözlәsin. Әsilindә Fәrid Fәrzaninin
Moskvadan, Bakıya qәfil dönmәsinin әsas sәbәblәrindәn
biri dә dininә olan inamı az vә ya çox dәrәcәdә qoruyub
saxlamaqla bağlıdır. Әgәr cәmi-cümlәtani üç il әvvәl
Moskvada indi huşsuz halda palatda yatan hansısa bir