DAŞ YUXULAR 42
ayırmışam, görәndә bәyәnәcәksәn. Televizoru, telefonu -
palata deyil, xan sarayıdır. - Doktor artistin indicә verdiyi
telefon nömrәsi yazılmış kağıza baxdı. - Ailәsi ilә әlaqә
saxlayaram, - әlavә elәdi. - Sәn heç nәdәn narahat olma.
1989-cu ilin soyuq dekabr gecәsi idi. Nuvariş
Qarabağlını evә getmәyin dәhşәtli qorxusu bürümüşdü.
Bu qorxu içindәki kömәksizlik vә çıxılmazlıq duyğusundan
qaynaqlanırdı. Kaş yenidәn bir az әvvәl ayrıldığı
xәstәxanaya qayıtmaq iqtidarında olaydı, yalvarıb-
yaxaraydı, çox yox, tәk bircә gecәliyinә xәstәxana
çarpayısında, әn şәraitsiz palatada daldalana bilәydi.
Xәstәxanadan aralanandan dәrhal sonra o, tәnhalığı az
qala fiziki ağrı qәdәr hiss elәyir, doktor Fәrzani ilә birgә
keçirdiyi gecә, daha әlinin heç zaman çatmayacağı
unudulmaz tәәssüratların tәsiri altında yanıb yaxılırdı.
Doktor Fәrzani Saday Sadıqlının yanında qalmağı
әmәliyyat zamanı ona assistentlik elәyәn yetmiş yaşlı
çoxillik iş tәcrübәsinә malik Münәvvәr xanıma hәvalә
elәmişdi. Uzun ömrünün әlli ildәn çoxunu әhalinin can
sağlığına hәsr edәn Münәvvәr xanımı burada Mira xanımı
kimi tanıyırdılar. Birinci Mira xanım deyirdi. O ki qaldı
Fәrzaniyә - öz işinin ustası olan tәcrübәli tibb bacısını
konkret mәqamdakı ovqatına münasib tәrzdә çağırırdı.
Mәsәlәn, әhvalının adi vaxtında ona elәcә Münәvvәr,
yaxud sestra deyirdi. Kefinin kök vaxtında isә travmatoloji
cәrrahiyyә bölümünün әvәzsiz әmәkdaşı onun üçün
Minaşa idi. Bu sayaq müraciәt Münәvvәr xanımı hәr dәfә
xoşbәxt elәyirdi.
Hәr әmәliyyatdan sonra kabinetinә qayıdıb iki qәdәh
araq içmәk doktor Fәrzaninin dәyişmәz adәti idi.