DAŞ YUXULAR 9
getmәk izni aldılar vә sakitcә әmәliyyat otağından çıxıb
getdilәr.
- Hәkim xalatının qolunu geri sivirib uca sәslә tibb
bacısına - Peroksid gәtirin,sifәtini tәmizlәyin, - dedi, üzünü
qan bürüyәn xәstәyә baxdı, kiminsә qarasına qәzәblә
mırtdadı vә artıq sizin dә tanıdığınız "xәstә yiyәsi"ndәn
soruşdu - Bunu kim bu hala salıb?
- Axı mәn sizә dedim, doktor, yerazlar.
Ermәnistandan gәlәn qaçqın köpәk-uşaqları. Heç veclәrinә
dә deyil ki, sifәtini darmadağın elәyiblәr. Hәlә bu harasıdı,
vәhşilәr onu yerә yıxıb qarnına-qarnına döydülәr. Hә,
doktor, yaxşı ki, mәn vaxtında yetişdim. Allah qoymasa,
sәhәrdәn çıxmışdım ki, bir az havamı dәyişim. Xaraba
qalmış Parapetә çatanda, gördüm ki, fәvvarәnin o başında
beş-altı alçaq bir nәfәri әzişdirir. Adamlar...adamlar bir
qıraqda durub, mal kimi dinmәzcә baxırlar... - Bu yerә
çatanda o, qәfil susdu. Әslindә dodaqları tәrpәnirdi,
amma demәk istәdiyi sözlәr xirtdәyindәcә ilişib qalır,
eşidilmirdi.
- Perekis qurtarıb, hәkim - Tibb bacılarından hansısa
(onlardan biri yaşlı, o biri tamam gәnc idi) az qala
pıçıltıyla, üzür dilәyәn sәslә bildirdi.
Cәrrah ümidsiz halda:
- Deyәsәn, spirt olmalıdır, - dedi.
- Yox, hәkim, nә vardı, hamısı dünәn işlәnib.
- Yaxşı, suyla yuyun. Marqansını az elәyin. - Hәkim
otağın küncündәki әlüzyuyanda әllәrini sabunlayıb suya
tutdu vә sonra gәlib durdu әmәliyyat stolunun qabağında.
- Әynindә nә var soyundurun. Bir dәnә tursik qalsın.