DAŞ YUXULAR 12
qardaşımız sakitlәşdi. Sonradan onları tanıdıqlarını etiraf
edәn tibb bacılarının әvvәl-әvvәl özlәrini bilmәzliyә
vurmalarını Nuvariş Qarabağlı belә yozdu ki, onlar doktora
görә ehtiyyat elәyiblәr. Qorxublar ki, qabaqdangәlmişlik
hәkimin xәtrinә dәyәr. Nuvariş Qarabağlıya elә gәlirdi ki,
bayaqdan bәri söylәdiklәri hәkimә çatmayıb. Ya hәkim
çox-çox fikirli olub, ya da Nuvariş Qarabağlı әsәb
gәrginliyi sәbәbindәn lazım olan sözlәri tapıb deyә
bilmәyib. Ona görә dә nә qәdәr mümkündürsә fikrini
cәmlәmәk, Parapetdә baş verәn müsibәti daha sadә vә
aydın şәkildә çatdırmaq qәrarına gәldi:
- Әhvalat belә oldu, doktor; mәn sәhәr tezdәn
şәhәrә çıxdım. İndi dәqiq yadımda qalmayıb, saat on
olardı, bәlkә dә on bir olardı. Parapetdә Fәvvarәlәr
deyilәn yer var, görmәmiş olmazsınız. Bax orda qәfil
qışqır-bağır qopdu. Elә bil kiminsә әtini kәsirdilәr. Heç
demә, bir qoca ermәniymiş ordakı. Bәdbәxt çörәk almaq
üçün evdәn çıxıb vә elә hәmin dәqiqә keçib yerazların
әlinә. Ev paltarındaymış, çәkәlәkdә...
Mәn ora çatanda bәdbәxti öldürüb hovuza
tullamışdılar. Gözlәri açıq idi, doktor, dübbәdüz mәnә
baxırdı. Açığı, mәn onun necә qәtlә yetirildiyini görmәdim.
Әvvәldәn orda olanların söylәdiklәrinә görә, lap siftә
ermәnini hovuza tullayıblar, buzlu suyun içinә. Bu da qoca
kişii, soyuğa dözmәz, istәyәr sürünüb sudan çıxsın.
Hәmәn cavan oğlanlar hovuzun başında dayanıb yazıq
kişini tәpiklәyә-tәpiklәyә tәzәdәn salıblar hovuza, ta canı
çıxana qәdәr. Allah saxlamış bu Saday Sadıqlının da ki,
başından ömür-billah qada-bala әskik deyil. Yoxsa ki,
heylә zıppıltıda sәnin nә itin azıb. Sadәcә, arına gәlib,