Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   7   8   9   10   11   12   13   14   ...   128
DAŞ YUXULAR 
14
ildәn bәri kordologiya şöbәsindә can qoyan hәkimi 
tәpәqapaz eyәyib halal-hünbәt kobinetindәn bayıra 
atmışdı, nәdi-nәdi ermәninin qarnından çıxıb. Bu 
biabırçılıqdan sonra xәstәxanada dәrmana bir nәfәr 
ermәni qalmadı, nә  hәkim, nә xidmәtçi. Kimi evinә girib 
bayıra çıxmadı, kimi Bakıyla әbәdilik vidalaşdı. 
- Hәr  şey aydındı, Numayiş müәllim, fars demiş
mәsәlә  mәlum. - Hәkim ovqatının açıq-aşkar pәrtliyinә 
uyuşmayan gümrah sәslә dedi vә  cәrrah alәtlәrini  әlinin 
altında yerbәyer etmәyә başladı. Nuvariş Qarabağlı 
doktorun gül kimi adını  tәhrif elәmәsindәn incimәdi (bu 
insan otuz il Moskvada yasayib, belә xırda-para yanlışlığa 
yol vermәkdә tam sәlahiyyәtlidir), amma bu xırda 
yalnışlığa düzәliş vermәyi dә unutmadı. 
- Deyimmi Nuvariş Qarabağlı kimdir, doktor - sözә 
başladı - Adi bir artist. Yüzlәrlә Nuvariş Qarabağlı Saday 
Sadıqlinin çölә atılan bircә  dırnağına dәymәz. Nadan 
uşaqları, kaş onun yerinә mәni vuraydılar. 
- Bu da Qarabağlıdır? - Hәkim soruşdu vә növbәti 
dәfә xәstәnin nәbzini yoxladı. 
- Yox ey, yox, doktor. Hec mәn dә Qarabağlı 
deyilәm, Kürdәmirdәnәm. Qarabağlı  mәnim lәqәbimdir. 
Saday Sadıqlı Naxçıvandandı, Ordubadda Әylis deyilәn bir 
kәnd var, oralıdı. Düzdü, mәn orda olmamışam, amma 
bilirәm ki, Nuh Nәbidәn qalma bir kәnddi. Vaxtilә , 
deyirlәr, orda çoxlu ermәni yaşayırmış. Onların deyәsәn 
yeddi ya sәkkiz kilsәsi indiyәcәn durur. Görünür o 
ermәnilәr ağıllı, xeyirxah insanlar imiş. Bu Saday Sadıqlı 
da onlar kimi düz adamdır, doktor, istәyir lap dünya 
dağılsın, ağa qara demәz. Neçә ildir düz sözә görә başı 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin