DAŞ YUXULAR 16
sәbәbdәn ola bilәrdi, ya aynaları bәs deyincә toz basıb, ya
da bayırda şәr vaxtıdır, qaranlıq qovuşub.
Tәk bircә yerdә, aynәbәndin yaxınlığındakı qapı
sәmtdә oturacaq görunurdü. Bundan ayrı bu qüssәli
koridorun harasındasa bir hovur әylәşmәk imkanı sıfıra
bәrabәr idi. Nuvariş Qarabağlı asta-asta oturacağa tәrәf
addımladı. Başgicәlәnmә vә ürәk bulanması nәfәsini
kәsirdi. Bayaqdan siqaret tüstüsü üçün içi yanırdı, amma
әlini cibinә salmağa vә ordan siqaret, kibrit çıxarmağa
belә heyi qalmamışdı. Oturacağa yaxınlaşdı, qapının lap
böyründә alt-alta vurulmuş iki lövhә gördü. Üst lövhәdә iri
qara hәriflәrlә yazılmışdır: "Travmatologiya vә cәrrahiyyә"
şöbәsi, aşağıda xırda hәriflәrlә "Şövbә müdiri Cәrrah
Fәrzani Fәrid Hәsәn oğlu." Doktor Fәrzaninin kabinetinin
qapısı açıq idi.
Mәşәqqәtli gün Nuvariş Qarabağlını üzüb әldәn salsa
da, bircә hovur dizini qatlayib әylәşmәk istәsә dә, qapının
yanındakı oturacaqda әylәşmәdi.
Ona elә gәldi ki, әgәr indi burda otursa bir dә heç
zaman ayağa qalxa bilmәyәcәk. Ehmalca açıq qapıdan
kabinetә nәzәr saldı: stol, iki köhnә stul, divan, seyf,
soyuducu, köhnә televizor, elektirik çaydan, әlüzyuyan...
O, cibin eşәlәyib siqaret tapdı çıxartdı, amma yenә dә
çәkmәdi. Güclü ürәk bulanmasının tәsiri altında pәncәrәyә
sarı gәldi vә heç ora çatmamış әmәliyyat otağının
yanından digәr istiqamәtә dә eynәn belә bir koridorun
uzanıb getdiyini gördü. Doktor Fәrzaninin kabineti
yerlәşәn bu koridorun hәmәn o boş, kimsәsiz kolidordan
fәrqi bu idi ki, burda çoxlu pәncәrәlәr vardı vә dәhliz
boyunca sıralanan göyümtül palata qapıları tutqun şüşәli,