DAŞ YUXULAR 24
mәnzil vermişdi. Hәlә 60-cı illәrin sonuydu, onda әmәllicә
mıxlamışdı, düppәdüz olmuşdu vә aşa-aşa, kef havasına
avtobus dayanacağına doğru gedirdi. Zevin küçәsinin
tinindә camaatın Xozeyin adlandırdığı hәmәn o şәxsә
ürcah oldu. Bu o zaman idi ki, Nuvariş Qarabağlı atasıyla
birgә yaşayırdı, teatrda yenicә epizodik rollara çıxmağa
başlamışdı. İşә bax, (hәqiqәtәn dә yer üzü möcüzәlәrdәn
xali deyil) heç demә o vaxtkı Xozeyin Nuvarişin cuppulu
rolunu görüb, nәinki görüb, hәtta yadında saxlayıb.
Hәmәn o axsam deyesen Xozeyin dә hardansa yeyib-
içmәkdәn qayıdırmış vә keyfi yaxşıymış (onun böyründә
iki qüvvәli adam, cangüdәnlәr varmış).
- Bu sәnsәn, әә, artist, gәl bura görüm, qardaş, - o
deyib, - deyәsәn sәn dә babatsan. Harda vurmusan bu
qәdәr? - o, böyründәki adamlardan birinә yüngülcә göz
elәyib. Mәn dә vurmuşam, amma görürsәn, ayaq üstә
dura bilirәm, daha yeddi yana әsmirәm.
Tәbii, o anda Nuvariş respublikanın birinci şәxsi ilә
tanış deyildi, әgәr ki, Birinci ona әl uzadıb: - "Gәl tanış
olaq" demәsәydi, o , heç zaman bilmәyәcәkdi ki, hәmәn o
kef havalı axşamda Zevin küçәsinin tinindә tәmasa
bağladığı şәxs kim imiş.
- Tanış olaq. - O, adını söylәdi - Sәni isә mәn
tanıyıram, artistsәn. Teatrda yaxşı rollar oynayırsan. Hә,
de görüm hara gedirsәn?
Nuvariş dili topuq çala-çala güclә deyә bildi:
- Xı...xı...Xırdalana. Avtobusa minmәyә gedirәm.
Uzunsifәt adam bir müddәt artisti ayaqdan-başa
süzdü.