DAŞ YUXULAR 23
Niyә o gәlmir, niyә onu görmürәm? Maraqlanın görün
sәhnәmizin ustad sәnәtkari haralardadır, bәlkә bir ehtiyacı
var...
Artist "ehtiyac" kәlmәsini eşidәn kimi pistolet
mәsәlәsini ortaya atdı. O, hәlә istәyirdi ki, Böyük Bәyә
qonşu mәnzildәki pozğunxananın aktiv fәaliyyәti barәdә
dә mәlumat versin, amma Bәy bütün böyük adamlara
mәxsus dәqiq hissiyyatla köhnә dostunu Xalq Cәbhәsinin
qәrәrgahına çәkib gәtirәn әsas mәtlәbi anladı vә onu artıq
digәr xırda-mırda tәlaşlardan xilas etmәyә tәlәsdi:
- Bu xırda mәsәlәdir, bәy! - Böyük Bәy bu arada
yüngülcә saqqalına sığal çәkdi.
Sonra ucadan vә ilhamla bәyan elәdi; - Bizim
borcumuz xalqa gәrәk olan oğulları qorumaqdır. - Vә
bundan sonra o telefonun dәstәyini qaldırıb kimәsә
göstәriş verdi: - Artistә bir dәnә tәzә pistolet gәtirin.
Mәnim dostumdur. Böyuk artistimizdir. Hә, indi çәtin
vaxtdır, tәhlükәli dövrandır. Biz hәr cәhәtdәn sadiq
adamlarımızı qorumalıyıq.
Böyük Bәy ( artistin xәyalına әsasәn) mәhz bu
kәlmәlәri izhar elәdi vә Nuvaşirin üzünә nәzakәtlә
gülümsәyib, sakitcә demisinә tәnbәki basdı:
- Patronu çox götür, - deyә sözünü tamamladı.
Nuvaşir Qarabağlı lap yaxınlarda şәxsәn Böyük Bәyin
sayәsindә pistplet әldә edәcәyinә qәti әmin oldu vә dәrin
bir qüssә icindә il yarım qabaq o gözәl çayxanalarda
üzbәsurat oturub qabırğa söhbәti elәmәlәrini yada saldı.
Vә birdәn 1979-cu ilin may ayını xatırladı, onda bütün
Azәrbaycanın birincisi qәflәtәn teatra tәşrif buyurmuş vә
elә hәmәn o gözlәnilmәzliklә dә ona şәhәrin mәrkәzindә