DAŞ YUXULAR 25
- Yaxşı, di yeri, - o, qorxuya düşmüş adama bir növ
әmr elәdi: - Gecdir, tәrpәn, bir dә belә nallama.
"Sәn yenә dә Xırdalanda yaşayırsan?" - sonralar
onun Birincinin dilindәn eşitdiyi bu sözlәr qulaqlarında o
qәdәr diri, o qәdәr canlı sәslәndi ki, indi sanki bu sözlәri
xәstәxananın dilsiz vә kar divarları da eşitdi.
- İndi mәn Montin qәsәbәsindә yaşayıram, yerdәn bir
mәrtәbә aşağıda – artist köhnә tanışıyla cәsarәtlә
zarafatlaşdı.
- Sabahdan şәhәrin mәrkәzindә, yerdәn on mәrtәbә
yuxarıda yaşayacaqsan -
Birinci zarafata zarafatla cavab verdi.
Hәmәn axşam Axundovun "Müsyö Jordan"
tamaşasının yekununda teatrın bütün yaradıcı kollektivi
direktor Mopassan Mirәlәmovun kabinetinә yığılmışdı.
Nuvariş tamaşada dәrviş Mәstәli şah rolunu oynayırdı vә
Allahın böyüklüyündәn oyun Birincinin xoşuna gәlmişdi. O,
dedi "Sәn "Ölülәr"dә Şeyx Әhmәdi dә yaxşı oynamısan.
İki dәfә televizorda baxmışam. Belә rolların sayını çoxalt".
Ehtimal ki, o gün teatr toplaşıb, Xozeyin әvvәlcәdәn
bir neçә işçiyә, o cümlәdәn xoşbәxtlәr sırasında Qreta
Minasova olmaq şәrti ilә mәnzil bölmәyә qәrar verib.
"Burda bir yaşlı әmәkdaş da olmalıdı Minasova. O, qadın
yenә çalışırmı teatrda?" - formal olaraq Xozeyin
direktordan soruşdu. Әslindә әla bilir ki, Qreta Minasova
heç zaman heç yerә getmәyib, elә burada, teatrdadır.
Nәyә çağırıldığını kәsdirә bilmәyәn, direktorun kabinetinә
meyit sifәtindә girәn Qreta Sәrkisova oradan
xoşbәxtcәsinә, sevincdәn göz yaşları axıda-axıda çıxır vә