DAŞ YUXULAR 22
saat Xalq Cәbhәsinin üzvü olan hәr kәsin bir, yaxud iki
pistoleti var. Hәmin cәbhәçi uşaqların әli ilә nәinki
tapança, yaxut "Koloşnikov", hәtta gerçәkli plomyot almaq
olar. Yenә bax elә o nüfuzlu yazıçının dediyinә görә
Nuvariş Qarabağlı kimi bir artistin Xalq Cәbhәsinin
qәrәrgahına gedib, Böyük Bәyin qulağına bir-iki söz
pıçıldaması mәsәlәni çox asanlıqla yoluna qoya bilәr.
Bәyi çoxdan, hәm dә lap yaxından tanıyırdı. Yalan
olmasın yüz dәfә Bakının çayxanalarında, Bulvarda,
Malakan bağında, Azneft meydanında çay içmişdilәr vә
cibindә pulunun azlığına, çoxluğuna baxmayaraq hәmişә
can atmışdı ki, caypulunu şәxsәn özü ödәsin.
Budur, bu gün günorta artist evdәn çıxıb birbaşa Xalq
Cәbhәsinin qәrәrgahına gәldi. Bәy hәlә yox idi. Artist
demәk olar, bir saat әrzindә qәrәrgahın qarşısında bitib
onun yolunu gözlәdi. Sonra gördü acıb, yaxınıqdakı "Araz"
kafesinә girdi vә iki pors sosiska, yüz qram araqla günün
ilk yemәyini yedi. Kafedәn çıxan kimi ora - hәmәn o
lәnәtә gәlmiş fontanın bir addımlığında yerlәşәn Xalq
Cәbhәsinin qәrargahına tәrәf getdi vә sizә dә mәlum olan
mәnfur tarixçәnin iştirakçısına çevrildi.
İndi xәstәxana koridorundakı yeganә oturacaqda
әylәşәn Nuvariş Qarabağlı Böyük Bәylә hәlә ki, baş tutası
görüş barәdә irәlicәdәn düşünür vә o görüşü
tәsәvvüründә belә canlandırırdı:
- Xoş gördük bәy! Sәni gördüyümә görә xoşbәxtәm.
Әn әsası Bәy dә ( artistin tәsәvvürünә görә) qәdim
çayxana dostunu böyük ehtiram vә nәzakәtlә dindirir:
- İşlәr necәdir, әzizim? Tәeatrda nә yenilik var? Kimin
pyesini qoyurlar? Bax elә uşaqlardan sizi xәbәr aldım.