DAŞ YUXULAR 21
azdan bütün şәhәr dönüb olacaq qәhbәxana. Bununla
әlaqәdar aktyor dәfәlәrlә milis rәisinin dә qәbuluna
getmişdi, raykoma, Mәrkәzi Komitәyә, hәtda Baksovetә
mәktublar yazıb yollamışdı. İşin ağır qaya kimi yerindәn
tәrpәnmәdiyini görәndә isә әmin olmuşdu ki, ya bu
ölkәdә hakimiyyәt yoxdur, ya da hakimiyyәtdәkilәrin
hamısı ucdantutma Şahqacar Әrmağanov kimi cәlladdır.
Son zamanlar Qreta Sәrkisovnanın mәnzilindә nә Pәsgah
açıldığını teatrda da qabağına çıxan hәr kәsә danışırdı.
Yalnız Saday Sadıqlıya bu biabırçılıq barәdә bir kәlmә dә
demәmişdi. Düşünmüşdü ki, öz dünyasında yaşayan, öz
göyüzündә qanad çalan bir adama bütün bunlaru açıb-
ağartmaq günahdı. Elә bu sәbәbdәn dә Nuvariş Qarabağlı
dahiliyinә varlığı qәdәr inandığı bir insanı bütün bu
çirkablara bulaşdırmaq istәmәmişdi. İşә bax, yayın
cırcıramasında, alәmin od tutub yandığı günlәrdә belә
artist qapı-pәncәrәni bәrk-bәrk bağlayır, sәhәrin haçan
açılacağının intizarlarını çәkә-çәkә Allah bilir necә milçәyi
qanına qәltan elәyir. Bax elә hәmin mәşәqqәtli gecәlәrin
birindә qәrara gәldi ki, nә tәhәr olur olsun pistolet әldә
etmәlidir. Bu istәyini yerinә yetirmәk üçün neçә-neçә
tanış milisonerә, voyankomat işçisinә ağız açdı. Onsuz da
vid-fasonu gülmәli idi, onun pistolet tapmaq arzusu tәbii
ki, üz tutduğu tanışlarında gülüşdәn başqa ayrı bir
hissiyyat yaratmadı. Elә ki, artist silah әldә edә bilmәdi,
haçansa öz halal evindә bir gecә rahat yatmağın
mümkünlüyünә inamını büsbütün itirdi. Hәmin vaxtlar
artistin çalışdığı teatrda üç pyesi birdәn sәhnәlәşdirilәn
mәhşur yazıçı ona vәziyyәtdәn çıxmağın әn sadә yolunu
göstәrdi ( cәmi iki gün irәli). Yazıçının dediyinә görә bu