Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   10   11   12   13   14   15   16   17   ...   128
DAŞ YUXULAR 
17
kül rәngli pәncәrәlәrә baxırdı. Pәncәrәlәrdәn birinin 
önündә ayağı gipsә salınan oğlan qoltuq ağacına söykәnib 
siqaret çәkirdi. Ona yaxın, qapısı açıq palatanın qarşısında 
qolu sarıqlı bir qadın durmuşdu. Koridorda o iki nәfәrdәn 
savayı ayrı bir inli-cinli yox idi. 
Nuvariş Qarabağlı bayaqdan barmaqları arasında 
saxladığı siqareti yandırdı. Elә ilk qullabdaca gözlәrinә 
qaranlıq çökdü. İndicә yerә  yıxılacağından qorxdu. 
Divardan tutub, birtәhәr özünü oturacağa çatdırdı. O 
vaxta qәdәr oturmalıydı ki, gözünün qabağını kәsәn qara 
pәrdә çәkilsin. Gözünün pәrdәlәnmәyi cәhәnnәm, bu saat 
onu hәr  şeydәn daha çox bütün bu olanları Saday 
Sadıqlının arvadı Azadә xanıma necә çatdıracağı 
qorxudurdu. 
Nuvariş Saday Sadıqlının evinә tez-tez gәlirdi. Onun 
arvadının harada işlәdiyini dә bilirdi. İndi isә belә bir 
vәziyyәtdә burdan qalxıb Azadә xanımın iş yerinә 
yollanmaq onun nәzәrindә demәk olar ki, mümkünsüz iş 
idi. Hәlә bilmir ki, kişinin başına gәtirilәnlәri necә, nә 
tәhәr danışacaq. Yaxşısı budur, tәrpәnmәsin burdan, 
әmәliyyatın sonuna qәdәr gözlәsin.  Әmәliyyat bitәr, 
Sadayın yaraları sarınar, huşu üstünә gәlәr, ancaq bundan 
sonra baş verәnlәri Azadә xanıma çatdırmaq o qәdәr dә 
çәtin olmaz. ( Unudub ki, bu gün bazardır vә  tәbii ki, 
Azadә xanım da işdә deyil.) 
Nuvariş Qarabağlı üç dәfә evlәnsә  dә, bu müdhiş 
gecәdә bütün şәhәrdә yolunu gözlәyәn bir kimsә yoxdur. 
Birinci dәfә ailә qurmaq qәrarını verәndә 19-20 yaşı vardi: 
heç nә, gözü tutan qızı nişansız, toysuz, xeyir-duasız bir 
taksiyә basıb ata evinә gәtirdi. Toy cәhәnnәm, olur olsun, 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin