DAŞ YUXULAR 13
özün saxlaya bilmәyib. Bu da nәticәsi. Axı o aktyordur,
ürәk adamıdır. Ürәyi çәkib aparıb onu ora, qabağa durub
kömәk elәsin. Yerazlar hardan bilir bu kimdir, nәçidi? Axı
onlar gәlmәdilәr, yerli deyillәr. Elә buna görә dә bәdbәxt
Sadayı ermәni bilib, vәşilәşiblәr, tökülüşübәr üstünә. Mәn
ora bircә dәqiqә yubansaydım onlar bunu da qoca
ermәninin getdiyi yerә göndәrәcәkdilәr. Allah üzünә
baxdı, sağ qaldı. Başına dönüm, doktor, xilas elә onu. Bu
böyük insanın hәyatı sizin әlinizdәdir, - dedi vә artist
nәhayәt ki, indicә eşitdiyiniz gurultulu, hәyacanlı nitqini
başa vurdu.
Hәkim әmәliyyata tәlәsirdi. Amma bunun üçün elә bil
nәsә çatışmırdı. Görünür, artistin nitqindәn tәsirlәnmişdir.
O, әmәliyyat stolunda tirrәnәn Hamlet-Otello-Kefli
İsgәndәrin ayrı-ayrılıqda vә hamısı bir yerdә qoca
ermәnini xilas elәmәk istәyindә qeyri-adi bir әlamәt
görmürdü. Hәkimә görә bir tikә adamlığı olan hәr kәs elә
bu sayaq hәrәkәt edәrdi, basqa sayaq yox. Amma bu
şәhәrin adamları elә bil әvvәlcәdәn sözlәşib әlbir olublar
ki, adamlıq deyilәn o idbarı yaxın buraxmasınlar. Hәtta
yüz faiz әmin ola bilәrsiniz ki, adam sifәti görmәk bu
mәxluqlara sәrf elәmir.
Cәmi on-onbeş gün bundan irәli doktor Fәrzani bu
otaqda hansısa möcüzә sayәsindә kilinikaya çatdırılan on
dörd-on beş yaşlı ermәni qızcığazın üstündә olduqca ağır
cәrrahi әmәliyyat aparmışdı.
Metronun basabas vaxtı bir neçә azәrbaycanlı arvad
üstünә cumub yüzlәrlә mәxluqun gözü qarşısında hәmin
qızcığaza divan tutmuşdu. Hәlә bundan da bir neçә gün
irәli bir başdanxarab şair xәstәxanaya basqın edib qırx