DAŞ YUXULAR 19
yuxunun, istrahәtin nә olduğun bilmirdi. Sәbәb dә bu idi
ki, vәzifә baxımından әhәmiyyәtsiz, amma gәlir
baxımından çox mötәbәr vәzifә tutan bir nәfәr -
Baksavetin yekәqarın, uzundraz әmәkdaşı günlәrin birindә
teatrın qocaman işçisi, qarderobçu Qreta Sәrkisovna
Minasovanın mәnzilini әlә keçirmiş, axırıncı, onuncu
mәrtәbәdә Nuvarişә qonşu olmuş vә bu yaşayış sahәsini
әsl әyyaş yuvasına çevirmişdi. Divarın o üzündәki mәnzilin
kәhilti vә nırıltısı bütün gün әsib-sәngimәk bilmirdi. Qoca
tәcrübәli sürtük qәhbәlәrin çığırtıları köhnә sәnәtә yenicә
qәdәm basan xırda qızların hәqiqi vә ya yalançı kef
iniltilәri ağılı başdan çıxarır, artisti gündüz rahatlığın,
gecәlәr yuxunun uzunә hәsrәt qoyurdu. Deyilәnә görә
hәmin uzundıraz heyvәrә şuşalıdır. Bakıya sonradan tәşrif
buyurub. Baksovetde işә duzәlib. Nuvarişgilin evinin
qonşuluğundakı koperativ binada dördotaqlı mәnzil alıb.
Bu adamın bәdәn quruluşu kvadrat şәkilindәdir. Nataraz
kürәyinin enini hәr hansı bir ölçü stanrdartına
uyğunlaşdırmaq, sadәcә mümkün deyil. Onun göyümtül,
qara rәngli qalın saçları, bununla bahәm, qara vә qalın
qaşları, әhәmiyyәtli dәrәcәdә uzun bığı, büsbütün boş vә
heç nә ifadә etmәyәn krokadil gözünә bәnzәr donuq
gözlәri vardı. Hәtta onun adı vә familyası da Nuvariş
Qarabağlının qulaqlarında zalımlıq vә allahsızlıq rәmzi kimi
sәslәnirdi: Şahqacar Әrmağanov. Adam ona bu adı
verәnin yerinә xәcalәt çәkir.
Sәhәr açılar-açılmaz, hәlә heç hava tam işıqlanmamış
hәyәtdә sәs-küy qalxmış vә dәrhal çox güman ki, camaat
eşitsin deyә, xәbәr yayılmışdı ki, guya hansısa bir ermәni
qadın özünü eyvandan atıb. Qreta Sәrkisovnanın