DAŞ YUXULAR 85
şeytani bir ehtirasla göndәrilәn mühüm bir xәbәri yer
üzünün hәr bir mәkanına çatdırmağa tәlәsir.
Elә o vaxtdan bu dünyaya aid olmayan o qәribә sәs
Sadayı qarabaqara izlәyirdi. O sәs hәr yerdә idi. Vә Saday
radio dalğalarında, televizor ekranında, inqilabi, dini,
vәtәnpәrvәrlikdәn bәhs edәn vәrәqlәrdә, giriş qapılarında,
küçә dirәklәrindә qәzet vә jurnalların iri qara şiriftlәrlә
yazılmış mәqalә başlıqlarında hәmin xışıltı vә şırıltıyla axıb
tökülәn sәsli işığı görür, eşidirdi. Bu sәsli işıq hәlә
indiyәcәn görünmәmiş fәlakәt haqqında dünyanın hәr
yerinә xәbәr aparırdı. Vә o heç vәchlә qәbul edә bilmәzdi
ki, heç kimin heç nәdәn qorxub çәkinmәdiyi bir zamanda
daim qorxu hissinin altında sıxılıb әzilmәlidir. Nә üçün hәr
söhbәt, qәzetdәn oxuduqları, radiodan, televizordan
eşitdiklәri, meydanlarda natiqlәrin nitqlәri, küçәdә
arvadaların qar-quru ona faciә kimi görünürdü? Nәyә görә
hamilә qadınlara, bulvarda, parkda qoşa addımlayan
cavanlara baxdıqca qanı qaralır? Yәni o, insanları
gәlәcәkdә gözlәyәn qorxu әzabını tәkbaşınamı çәkmәlidir?
Doğrudanmı, әvvәllәr dә, elә indi dә onu qorxuya salan
mәsәlә baş verәcәk, onun gördüyü bu küçәlәr, bu
meydanlar istәrsә dә, istәmәzsә dә hakimiyyәt başına
yeni bir Xozeyin gәtirәcәk? Nә üçün qarşısıalınmaz qan
davasının ağrı vә әzabını mәhz o, Saday Sadıqlı
çәkmәlidir?
Qәlbini sıxıb әzәn suallara cavab tapa bilmәyәn
Saday Sadıqlı hәr gecә yuxuda Әylisi görürdü. Çünki Әylis
ürәyinin sağalmaz yarası idi. Vaxt ötdükcә daha әsәslı
şәkildә depressiv-melenxolik ovqata düçar olan Saday
dünyadan vә adamlardan hәr gün bir az da uzaqlaşırdı.