DAŞ YUXULAR
88
- Bilmirәm. Heç nә yadıma gәlmir. O әcinnәlәr
ermәni qadını yandıran dәqiqә yoxa çıxdılar. Bir dә
gördüm vağzalda tәmtәk qalmışam.
Әhvalatın mәğzini öyrәnәndә Azadә xanımın halı
xarablaşdı.
- Gecә yuxuda görürәm ki, bizimkilәr mәni aradan
götürmәk üçün bir ermәniyә pul verirlәr.
- Kim? Kimdir sәni öldürtmәk istәyәn? - Az qala
başını itirәn Azadә xanım öz sәsinә bәnzәmәyәn tamamilә
yad sәslә qışqırdı.
- Ermәniyә pulu bizim hakimiyyәtdә olan adamlar
verirdilәr.
- Bәsdi! Bu ölkәdә çoxdan hakimiyyәt yoxdur. Olanlar
da düşmәn dәyirmanına su tökürlәr. Sәncә, Sumqayıtı
cәhәnnәm oduna qalayan xalqdı? Yox, әzizim, yox! Bu ya
KQB-nin, ya da hakimiyyәti zәbt edәn bir qrup mafiozun
әmәlidir. Dünya dağıla, Saday, inanmaram, kimlәrsә
azәrbaycanlıları belә ağılsız vәhşiliyә tәhrik elәsinlәr.
- Hansı haqla belә deyirsәn? Axı sәn Әylisdә
olmusan, - artist dәrdli gözlәrini arvadına zillәyib belә dedi
vә dәrhal da başını uşaq kimi sinәsinә әydi.
- Hә, Әylisdә olmuşam, bilirәm ki, türklәr günahsız
insanların üstünә vәhşi kimi cumub, onlara divan tutublar.
Amma sәn elә yerdә olmusan ki, orada ermәnilәr minlәrlә
bәdbәxt azәrbaycanlını yerindәn-yurdundan qovublar.
Ömründә bir dәfә sәn, evsiz-eşiksiz qalan, bu gündәn
sabaha ümidi olmayan o bәdbәxtlәrin halına yanmısanmı?
Mәgәr aranı qızışdırıb bu qanı tökәnlәr onlar haqqında
düşünürmü? İndi fәrqi yox, qarabağlı, yaxud bakılı
ermәnilәr olsun, ona görә azәrbaycanlıya tüpürürlәr ki,
DAŞ YUXULAR
89
bizi türk hesab elәyirlәr. Bir deyәn yoxdur ki, әgәr sizi türk
qırıbsa, gedin davanızı da türklә elәyin. Ermәni
boşboğazların harası bizim primitivlәrdәn artıqdır. Sәn
niyә bu barәdә düşünmürsәn, әzizim? Elә bir hala
düşmüsәn, özün özünü tanımırsan. Bilirsәn necә
sınıxmısan, әzizim. Özünә yazığın gәlmir, heç olmasa
mәnә yazığın gәlsin.
- Mәn istәyirdim...istәyirdim...Mәn ölmәk istәyirdim,
Aza, - dedi vә zorla udqundu.
Azadә xanım anladı ki, әri söz eşidәsi halda deyil,
susdu. Saday Sadıqlı tamamilә özünә qapandı. İndi o,
nәinki arvadını, hәm dә dünyanı hiss etmirdi. Azadә xanım
әrinin vağzala getmәyinin sәbәbini indi başa düşdü. Saday
bütün gün vağzalda ona görә hәrlәnib-fırlanıb ki,
uşaqlığının "Bakı-Erevan" qatarının qabağında kimisә
qarşılasın vә yaxud kimisә yola salsın. Eçmiәdzinә gedib
xristianlığı qәbul elәmәk xәyalı ilә dolaşan Saday, doğma
Ordubaddan ötüb keçәn bu qatarla demәk olar ki, hәr gün
sәfәrә çıxırdı...
|