DAŞ YUXULAR
90
ÜÇÜNCÜ
HİSSӘ
Gәnc müәllifin
pyesindә heç vaxt rol almayan
Saday Sadıqlı ölkәnin
keçmiş Xozeyinini öz xalqına qarşı
törәtmiş olduğu mәnәvi-әxlaqi
soyqrımda ittiham edir.
DAŞ YUXULAR
91
Bәlkә dә Saday Sadıqlı yenә dә yuxusunda doktor
Abasәliyevlә Әylisdә keçirdiyi o gözәl yay günlәrindәn
birini görürdü. Ola bilәr ki, aktyorun qulağında
qayınatasının Mәrdәkandan telefondaca dediyi sözlәr
sәslәnirdi. Hәr halda yuxudan oyandığı hәmin sәhәr
Sadaya elә gәldi ki, bütün dünya professor Abasәliyevin
cingiltili, gümrah sәsiylә dolub. O gümrah, cingiltili sәsi
yenidәn dinlәyir, özünü hәmişәkindәn daha gümrah vә
sakit hiss edirdi. Sanki doktor Abasәliyevin sәsi ona güc
verirdi ki, ağrılara dözә bilsin.
1989-cu ilin axırıncı şәnbәsi idi. Tәqribәn saat birdә
Azadә xanım işә getdi. O, evdәn çıxandan azca sonra
telefon zәng çaldı. Tәqribәn on dәqiqәlik fasilәlәrlә beş
saata yaxın zәng-zәngә calandı, amma Saday dәstәyi
qaldırmadı. Telefonun susduğu dәqiqәlәrdә artistin
qulağına süni, şirin dilini işә salan birisinin danışığı gәlir vә
o anda da Mopassan Mirәlәmovun siması gözünün
qabağında canlanırdı. Teatrın drektoru mәşhur Xalq
şairinin misralarını deyirdi:
Böyük sәnәtkara salamlar olsun,
Bu dünya durduqca o da var olsun!
Bir hәftәdәn artıq idi ki, direktor hәr gün zәng çalıb
salamlaşmağın әvәzinә bu murdar misraları tәkrarlayırdı
vә hәr dәfә dә Saday Sadıqlı o murdar misraları eşidәndә
az qalırdı bütün içalatını qussun.
Nәhayәt Sadayın telefonun dәstәyini qaldırmaqdan
ayrı bir çarәsi qalmadı. Bu dәfә zәng elәyәn Mopassan
Mirәlәmov deyildi, Nuvariş Qarabağlı idi.
- Qardaş, telefonu niyә götürmürsәn? - o, sakit,
xışıltılı sәsiylә soruşdu. – Azı әlli dәfә zәng elәmişәm.
|