DAŞ YUXULAR 84
özünü qayadan atmasına görә Әdif bәyә lәnәt yağdırır,
Әylisin әn gözәl kilsәsini miskin anbara döndәrәn Mirәli
kişini uzaqdan-uzağa hәdәlәyirdi. Anikonun sәsi
müsәlmanlığı qәbul edәn, Mirzә Vahab kimi xoşxasiyyәt,
savadlı şәxsә әrә gedәn ermәni qızın, türk süngüsündәn
möcüzә nәticәsindә yayına bilәn yetimin sәsi deyildi. O,
sözün hәqiqi mәnasında Әylisin әsl sahibәsinin әsrlәrin әn
dәrin qatlarından gәlәn sәsi idi. Başqa sözlә bu Әylisin
itirilmiş sәsi idi!
Bakıda yaşayarkәn, Saday Sadıqlı yuxularında o sәsi
çox eşitmişdi, dәfәlәrlә Bakı sabahlarını o sәslә açmışdı.
Saday Sadıqlı qәribә bir kilsәdә yuxu görürdü: elә ki,
qoca qәhbәlәrin әdәbsiz bazarlaşmağı başlayır, bax onda
ermәnilәrlә müsәlmanların namәrd vә qaçılmaz
toqquşması çıxır meydana. Qәribәsi bu idi ki, o, yuxuda
gördüyü kilsә Әylis kilsәlәrinin heç birinә bәnzәmirdi,
amma bununla belә vahimәsinә, mistik tәsirinә görә
burada o kilsәlәrin hәrәsindәn nәsә bir әlamәt vardı. O
yuxuda ilin vaxtlarını müәyyәn etmәk olmazdı. Әylisdә
sübh tezdәndi, hava tәzә-tәzә işıqlaşır, kәnd zülmәtin
pәncәsindәn çәtinliklә qopur. Dağların quzey tәrәfindә
qalın qar әrimәyib. Onun tuşunda әlçim-әlçim qeyri-adi
düzümlü buludlar göy üzünü tutub. Vә bir dә sәmavi,
mistik işıq: yad vә hәm dә hәdsiz dәrәcәdә doğma, tanış
işıq!
Saday yuxu görürdü: kilsәnin ağ boyanmış hündür
divarlarını görürdü, görürdü ki, külәklәr hәmәn o çat
verәn divarı ovub, yekә bir deşik açıb. O deşikdәn kilsәnin
içinә işıq süzülür vә o işıq pәtәk üstündә qaynaşan
arılardan çıxan sәsә oxşar bir qıjıltıyla axır, axdıqca da