DAŞ YUXULAR 98
- Tәmiz adam tәmiz sözdәn incimәz. - Camal müdrik
sözlәri muncuq kimi ipә-sapa düzdü. - Yalanın ağası
olmaqdansa, doğrunun qulu olmaq yaxşıdı.
- Sәn Bakıya birinci dәfә gәlirsәn?
- Yox, ikinci dәfәdi, bir dәfә dә qızımı әrә verәndә
gәlmişәm.
- Sәfәrә çıxanda dağları kimә tapşırırsan? - Saday
zarafat elәdi.
- Dağların yiyәsinә kim yaxın düşә bilәr - Camal
ehtimal ki, Allahı nәzәrdә tutub cavab verdi.
- Qoyun otarmırsan daha?
- Niyә otarmıram, otarıram. Әylisdә bir sürü nәvәm
var. Onlar mәnsiz dә hәr işi yoluna qoyurlar.
Saday ayağa durub kabinetdә gәzişmәyә başladı.
- Hә, indi biz neylәyәk?
- Nә barәdә?
- Türmә barәdә, nәtәhәr yoluna qoyaq bu işi?
Mopassan Mirәlәmov sanki bayaqdan söhbәtin bu
yerini gözlәyirmiş kimi ayağa durdu.
- Burda çәtin nә iş var ki? Sәn rayon prokrorunun
adına mәktub yazırsan, qardaşınız da aparıb verir ona.
Prokror sәnin sözünü yerә salmaz. Oğlanı açıb buraxar,
bununla da iş bitәr. - Direktor xәlvәtcә Saday Sadıqlıya
göz vurdu vә әvvәlcәdәn hazır elәdiyi qәlәm-kağızı ona
uzatdı. - Prokurorun nә hәddi var ki, sәnin kimi qüdrәtli
xalq artistinin sözünә qulaq asmasın? ( qeyri-rәsmi
görüşlәrdә direktor Saday Sadıqlıya hәmişә "xalq artisti"
deyirdi) Üstәlik ortada ölüm yox, itim yox. Hadisәdir, baş
verib, söz-sözә gәliblәr, dalaşıblar. İndi dә barışırlar,
vәssalam. - Direktor yenә xәlvәtcә Sadaya göz basdı vә