DAŞ YUXULAR 100
macallarda Mәrkәzi Komitәnin şöbә müdiri idi. Cәmi iki ay
әvvәl "Xalqsevәrlәr Cәmiyyәti" yaranmışdı vә Babaş
Ziyadov indi orda sәdr vәzifәsini tuturdu.
Saday illәr boyu Babaşla görüşmәkdәn qaçmışdı,
amma indi Camalın xәtrinә hәr şeyә hazır idi. Ancaq o,
Babaşın rәhbәrlik elәdiyi tәşkilatın harada yerlәşdiyini
bilmirdi. Buna baxmayaraq tәrәddüd etmәdәn onu
axtarmağa qәrar verdi. Sadayın qәti qәrarı direktoru
tәlaşa saldı, o, stoldan aralandı, onların qabağına yeriyib,
kabinetdәn çıxmalarına mane olmaq istәdi.
- Hara?! - Mopoş qapının ağzını kәsdirib bağırdı. -
Yerliniz Babaş Ziyadovun yanına getmәk fikrindәsiniz?
Hövsәlәnizi basın. Hәlә bir qoyun zәng çalaq, soruşaq.
Bәlkә heç yerindә deyil.
Direktorun masasının üstündә görünüşünә görә bir-
birinin eyni olan üç telefon aparatı vardı - daxili, şәhәr vә
hökumәt telefonu. O, telefonlardan әn mötәbәrinin
dәstәyini qaldırdı. Hәmәn dәqiqә sifәti ciddilәşdi. Aparatın
әhәmiyyәtini nәzәrә çarpdırmaq üçün nümayişkaranә
tәrzdә üç dәnә rәqәm yığdı. Babaş Ziyadovun sәsini
eşidәndә isә karıxdığını ört-basdır elәyә bilmәdi.
- Salam, Babaş Bilaloviç! Mirәlәmovdu...Hә,
teatrdan...Allah kömәyiniz olsun...Yerdәn göyә razıyam
sizdәn...Olacaq. Әla pyes gәlib. Özü?..Әlbәttә, bilir. Bәli,
bәli, mәlumat verilib. Pyeslә şәxsәn tanış olub...Bәyәnib.
Çox xoşuna gәlib. Bәli mövzu olduqca aktualdı... Onun
obrazı?..Var, var. Pyes on üç il әrzindә onun burda
törәtdiyi biabrçılıqdan bәhs elәyir. Baş rolda kimdiii? Bәli,
bәli odu. Sizin yerliniz, o, bizim fәxrimizdi. Әslinә qalanda
müәllif bu rolu yazanda Saday müәllimi nәzәrdә tutub, o,