DAŞ YUXULAR 96
bundan. Tәzәlikcә Anıx da canını Әzrailә tapşırdı. Qoca
qarı nә tәhәr hikkәliymiş, son nәfәsi üzülәnәcәn
ermәniliyini danmadı. Bizim arvadlar vidalaşmağa
gedәndә, hamıya üz tutub nә desә yaxşıdı? Deyib, eşidin,
mәn dinimi dәyişә, inandığım Allaha dönük çıxa bilmәrәm.
İndiyә qәdәr mәn sizin, mәdәni dildә desәm, başınızı
tәllәyirdim... Hә, ermәnilәr belә alçaqdılar! - Camal mәzәli
bir tәrzdә üz-gözünü әyişdirib, bu dәfә dә ani vә ehtiyatla
Mopassan Mirәlәmova baxdı. Sonra isә çaşqın halda
Sadaya nәzәr yetirib hansı sәbәbdәnsә başını aşağı saldı.
- Hәdi, hәlә dә Әylisdә ermәnilәr barәdә hәdyan
söylәmәk dәbdәrir? – Saday güclә eşidilәn sәslә soruşdu
vә özünü әylisli müsәlman arvadlar dövrәlәyәn, ölüm
yatağında can verәn sonuncu Әylis ermәnisi Anikonun
yerindә tәsәvvür elәmәyә çalışdı. Onun ölüm sәhnәsini
tәsәvvürünә gәtirә bilmirdi. Әvәzinә gözlәri önünә
Әylisdәki әn gözәl, böyük, ikimәrtәbәli ev gәlirdi. Hündür
artırmasınada әlә gәtirmәk mümkün olan hәr növ güllәr
düzülmüşdü. Tәmizlik vә sәliqә-sahman evә tәrәf uzanan
daş döşәnmiş cığırla gedәn adamın gözlәrini dincәldirdi.
Anikonun Vәng kilsәsindә әkdiyi vә hәvәslә qulluq etdiyi
güllәr Sadayın ruhunu çox oxşamış, ona zövq vermişdi.
Artist Camalın başındakı bahalı papağa baxır vә xatırlayırdı
ki, neçә müddәtdәn bәri çıxarmadığı kirli, qartmax
bağlamış kepkanı onun başından Haykanuş ölüm-zülüm
dartıb qopara bilmişdi.
- Әgәr Allahın olsaydı, sәn dә ona qarşı satqınçılıq
elәmәzdin. - Artist heç nәdәn ehtiyatlanmadan uca sәslә
dedi. Vә dәrhal (dediyi sözlәrә görә tәәssüf hissi
keçirdiyinә görәmi, yaxud hansısa başqa bir sәbәbdәn)