http://www.amu.edu.az
31 mart 2014-ъц ил
4
“TələbələR
KlİNİKANiN
NəZ dİNdəKİ
SToMAToloJİ
Po lİKlİNİKAdA
PRAKTİK
TəCRÜbələRİNİ ARTi RiR lAR”
- Alqış müəllim, söhbətimizə Stomatoloji
Klinikanın,
həmçinin
stomatologiya
fakültəsinin inkişaf tarixindən başlayaq...
- Azərbaycan Tibb Universitetinin ilk kli-
nikası kimi rəhbərlik etdiyim Stomatoloji
Klinika 2002-ci ilin sentyabrından fəaliyyət
göstərir. Stomatologiya fakültəsinin tələbə-
ləri klinikanın nəzdindəki stomatoloji po-
liklinikada praktik təcrübələrini artırır-
lar. Adıçəkilən fakültədə 803 tələbə təhsil
alır, onların arasında təkcə yerli tələbələr
deyil, Türkiyə, İran, Səudiyyə Ərəbistanı,
Pakistan, Əfqanıstan, İordaniya, Suri-
ya, Finlandiya, ABŞ, Rusiya, Gürcüstan
və s. ölkələrin vətəndaşları da var. Tədris
Azərbaycan, rus və ingilis dillərində aparı-
lır. Son 5 il ərzində Stomatoloji Klinikanın
nəzdində stomatologiya elminin müxtəlif
sahələrini əhatə edən 72 elmi-tədqiqat işi
yerinə yetirilib. Klinikada 180-ə yaxın
professor-müəllim heyəti çalışır. Bununla
yanaşı, Stomatoloji Klinikada terapevtik,
cərrahi və ortopedik xidmətdən əlavə, imp-
lantologiya, parodontologiya, ortodontiya,
rentgen-diaqnostika, fizioterapiya, «Rent-
gen-Diaqnostika» tədris mərkəzi və stoma-
toloji laboratoriyalar da fəaliyyət göstərir.
Qeyd edim ki, stomatologiya fakültəsi
1954-cü ildə təşkil olunub. İlk dövrlər sto-
matologiyanın əsas bölmələri üzrə peşəkar
elmi-pedaqoji kadrların çatışmazlığı ilə
əlaqədar olaraq, əməkdar elm xadimi, pro-
fessor Gülbala Qurbanovun rəhbərliyi ilə
vahid stomatologiya kafedrası yaradılıb.
Profil fənlər həmin kafedrada tədris edilib-
dir. 1956-cı ildə bu kafedra üç yerə - tera-
pevtik, cərrahi və ortopedik stomatologiya
kafedralarına bölünüb. Hazırda ATU-da
stomatologiya fənninin tədrisi 5 kafed-
rada - Terapevtik stomatologiya, Ağız və
üz-çənə cərrahiyyəsi, Ortopedik stomato-
logiya, Uşaq stomatologiyası və Stomato-
logiya kafedrasında (müalicə-profilaktika,
pediatriya, tibbi profilaktika və hərbi tibb
fakültələrinin tələbələri üçün) həyata keçi-
rilir. İndiyədək əməkdaşlarımız tərəfindən
Azərbaycan dilində bir sıra dərsliklər, o
cümlədən 500-dən çox elmi məqalə, te-
zis, metodik vəsait çap olunub, onlarla
səmərələşdirici təklif verilibdir.
Dostları ilə paylaş: