Uşaqların göz sağlamlığı Ötən IL oxuculara nümunəvi xidmət göstərilmişdir


Tibb tələbələri və gənc həkimlərin I Beynəlxalq



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#1106
1   2   3   4   5   6   7   8   9   ...   30
Tibb tələbələri və gənc həkimlərin I Beynəlxalq 

Tibbi Konqresi keçiriləcək

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin 

sayına görə Azərbaycan ikinci yerdədir

HƏRBİ TİBB FAKÜLTƏSİNİN MƏZUNLARI ÜçÜN 

REZİDENTURAYA qƏBUL İMTAHANININ VAXTI AçIqLANDI


31 mart 2014-ъц ил

http://www.amu.edu.az

3

Ermənilər, azərbaycanlılara qarşı 

tarixi düşmənçiliklərini 1918-ci ilin 

əvvəllərindən daha açıq müstəviyə 

keçirdilər. 

onlar 

bakıda 

və 

Zaqafqaziyanın digər bölgələrində 

müsəlman  qırğını    törətmək 

üçün    müxtəlif  fitnəkarlıqlara  əl 

atır,  bakı    Sovetinin  orqanlarına, 

şəhər    idarəçiliyinin  həlledici  

vəzifələrinə  öz  nümayəndələrini 

yerləşdirirdilər. 

Azərbaycanın 

qabaqcıl 

xadimləri 

gözlənilən  

təhlükəni qabaqcadan duyurdu.

Ermənilər    öz    cinayətlərini 

həyata keçirmək üçün bəhanə  ax-

tarırdılar. Bu  məqsədlə “ Evelina” 

münaqişəsi törədildi. Lənkərandan 

“Evelina” gəmisi ilə Hacı Zeyna-

labdin    Tağıyevin  oğlunun    dəfn  

mərasimində  iştirak  etmək  üçün 

müsəlman  alayının    zabitləri 

yola    düşdü.  Əlverişli  məqamın 

yetişdiyini  görən  ermənilər  gizli 

şəkildə  Rus  Milli  Şurası,  Xəzər  

matrosları,  eser və menşevik par-

tiyaları  arasında  belə  bir    şayiə 

yaydılar  ki,  guya  “Evilina”  ilə 

gedən zabitlər  tapşırıq almışlar ki, 

Lənkəranda olan müsəlman hərbi 

dəstələri  ilə  birlikdə  Muğanda-

kı  rus-molokan    kəndlərini  məhv 

etsinlər.  Bu    təxribat  xarakterli 

şayiə  öz    nəticəsini  verdi.  Şaum-

yanın başçılıq etdiyi Bakı  Soveti 

gəminin    heyətini  tərksilah  etdi. 

Şəhərin  müsəlman  əhalisi    silah-

ların    qaytarılmasını  tələb  etdi. 

Beləliklə, əvvəlcədən  sövdələşmə 

əsasında  bolşevik-erməni  ko-

alisiyası,  S.Şaumyanın    dediyi 

kimi,  “həlledici  döyüşlərə    hər 

cür  hazırlıq  görmüşdü    və  dərhal 

bütün  cəbhə  boyu  hucuma  baş-

ladı”.  Bakıda  ilk    atəşlər    açıldı. 

Azərbaycanlılara  qarşı  mart  soy-

qırımı  başlanana  qədər  özlərinin  

bitərəfliyini  elan  edən  “Daşnak-

sutyun”  və  Erməni  Milli  Şurası 

sonradan    Bakı  Sovetini  müdafiə 

etdi.  Ermənilərin  fitnəsi  ilə  

heyəti ruslardan ibarət olan  hərbi 

gəmilər  şəhərin  müsəlmanlar  ya-

şayan  hissəsini  atəşə  tutdular. 

“Müsavat”  liderləri  kütləvi  qır-

ğının  qarşısını  almaq    məqsədi 

ilə  martın 31-də Sovetin İcraiyyə  

Komitəsi  ilə    danışıqlara  başla-

dılar.  Buna  baxmayaraq  şəhərin 

azərbaycanlılar  yaşayan rayonları 

tamamilə məhv  edilmiş və şəhərə 

soxulan erməni  əsgərləri tərfindən 

dinc  əhaliyə  qarşı  əsl  soyqırımı 

həyata  keçirilmişdir.  Soyqırımı 

aprel    ayının  2-si    gecə  yarıya 

qədər davam etdi.  Üç gün ərzində 

Bakıda böyük  dağıntılar törədildi. 

Yerli  dinc  əhalinin    qırğınından 

və  özünümüdafiə    dəstələrinin  

məğlubiyyətindən sonra  imzalan-

mış  saziş  haqqında    Bakı  Soveti-

nin  yığıncağında  məlumat verən  

İ.Suxartsev    riyakarcasına  sevinc 

içərisində elan etdi ki, “Müsavat”    

firqəsi    darmadağın  edildi  və  

Türkiyənin Bakı  cəbhəsi alındı”. 

Bakıda  törədilən  türk-müsəlman 

soyqrımının    saxtalaşdırılmasına, 

ona  “vətəndaş  müharibəsi”  donu 

geydirilməsinə,  qətl  edilənlərin 

sayının azaldılmasına ilk cəhdi bu 

hadisələrin  təşkilatçısı S.Şaumyan 

etmişdir.  O,  aprel  ayının  13-də 

Moskvaya  XKS-nə  göndərdiyi 

hesabatda    həyasızcasına  yazır-

dı:  “Üç  gün-  30,  31  mart  və    1 

apreldə    Bakı  şəhərində  şiddətli 

vuruşma  olmuşdur. Bir  tərəfdən 

Sovet  Qırmızı  Qvardiyası,  bizim 

təşkil  etdiyimiz    Beynəlmiləl 

Qızıl  Ordu,    Qırmızı  donanma 

və erməni  milli  hissələri, o biri 

tərəfdən  “Müsavat”  partiyasının 

başcılıq  etdiyi  müsəlman  “  Vəhşi  

diviziya”sı  və  silahlı  müsəlman 

quldur dəstələr  vuruşdular... Hər 

iki tərəfdən öldürülən üç  mindən 

artıqdır”.  Əslində    Şaumyanın 

adını  çəkdiyi  silahlı  erməni  milli 

hissələri  ilə  yanaşı,  Bakı  Soveti-

nin  qoşununun  80%-i  də  silah-

lı    ermənilərdən    ibarət  idi.  Son 

araşdırmaların  gəldiyi    nəticəyə  

görə Şaumyanın erməni hökuməti 

Bakıda 35 minə qədər  azəri- tür-

künü  üç  günün    ərzində    qanına 

qəltan etmişdi. Menşevik  qəzeti “ 

Naş qolos” mart  qırğınından son-

ra  şəhərdəki  vəziyyəti  belə  təsvir 

edirdi:  “Hər  yerdə  meyitlər  qıc 

olmuş,  eybəcər  hala  salınmışdır. 

Təzə  Pir məscidinin yanında  ağır 

mənzərə  vardı.  Məscid    atəşdən 

zərər  çəkmişdir.  Ziyarətgahın  bu 

cür təhqiri geniş  kütlələrin qəlbini  

ağrıdır,  meytlər  onları  daha  çox 

həyacanlandırır, nifrət  və  təhqir 

zəhərinin    dərinliyə  işlədiyi  hiss 

olunur”.


Mart  soyqrımından  bir  il  sonra 

ermənilər bu hadisəni bolşeviklərlə 

müsəlmanlr  arasında  baş  ver-

miş  hakimiyyət  mübarizəsi  kimi 

təqdim    etməyə  başladılar.1919-

cu ilin payızında, Bakıya  gəlmiş 

ABŞ missiyasının başcısı  general  

Harborda  təqdim  etdiyi  sənəddə 

erməni      yepiskopu  Baqrat 

ermənilərin  mart    hadisələrində  

iştirakını  danıb        gizlədir,  sax-

takarlıqda  S.Şaumyandan  da 

irəli  gedərək,  Bakıda  mart  qırğı-

nı  hadisələri  vaxtı  1000    nəfərin 

-300  nəfər  erməni  və  rus,  700 

nəfər müsəlmanın  öldürüldüyünü  

həyasızcasına iddia edirdi.

Belə bir tarixi faktı da danmaq 

mümkün  deyil  ki,  Azərbaycan-

müsəlman  soyqırımı    təkcə 

Bakı  ilə  məhdudlaşmadı.  Bakı-

da  törədilmiş  cinayətlər  eyniilə 

Şamaxıda,  Qubada,  Xaçmaz-

da,  Lənkəranda,  Səlyanda,  Qa-

rabağda,  Zəngəzurda,  Cənubi 

Azərbaycanın    Xoy,  Salmas  və 

Urmiya  şəhərlərində,  Naxçıvan-

da,  Vanda,  Diyarbəkirdə  davam 

etdirildi. Martın sonu, aprel -may  

aylarında  ermənilərin  törətdiyi 

soyqrımın  nəticəsində  yuxarıda 

sadalanan yerlərdə yarım milyona 

qədər  azəri-türkü  amansızcasına 

qətlə yetirildi.

Təkcə  1918-ci  il  ərzində 

ermənilər  Zəngəzurda  115,  Qa-

rabağda  157,  Qubada  122,  İrəvan 

quberniyasında 

211, 

Gəncə 


ətrafında  272,  Ağsu,  Kürdəmir  

və  Lənkəranda  130  yaşayış 

məntəqəsinin əhalisini vəhşicəsinə  

qırmış,    kəndləri  talan  edib  yerlə 

yeksan  etmişlər.  Yeri  gəlmişkən  

qeyd  edək  ki,  ermənilərin  xalqı-

mıza qarşı soyqırımı  nəticəsində  

milyonlarla  insan məhv edilib və 

qaçqına  çevrilməsinə  baxmaya-

raq, bəşəriyyət əleyhinə bu  cinayət  

bütün təfərrüatı  ilə  heç vaxt dün-

ya ictimaiyyətinin  mühakiməsinə 

çıxarılmamış,  yüksək  səviyyəli 

beynəlxalq      qurumlarda  ciddi  

müzakirə  obyekti olmamışdır.

Azərbaycan xalqına qarşı həyata 

keçirilmiş    soyqırımların  siyasi  

baxımdan  qiymətləndirilməsinə 

Azərbaycanda 

milli 


azadlıq 

hərəkatının  genişləndiyi  ötən 

əsrin    80-cı  illərinin    sonu-  90 

cı  illərin  əvəllərində  başla-

mışsa  da,    ona  əsl  və  tam  siya-

si    qiymət    ulu  öndər  Heydər 

Əliyevin  “Azərbaycanlıların  soy-

qırımı  haqqında”  1998-ci  il  26 

mart  tarixli  fərmanında  bütün  

dolğunluğu  ilə  öz  əksini  tapmış-

dır.    Həmin  fərmanla  martın  31-i 

azərbaycanlıların  soyqırımı  günü 

elan edilmişdir.


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin