Martın 28-də Stomatologiya fakültəsinin 41-ci Tələbə
Elmi Cəmiyyətinin konfransı keçirilib.
Konfransı Xarici dillər kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin
sədri, dosent Rəna xanım Hüseynova açaraq ATU-nun Tələbə Elmi
Cəmiyyətinin xətti ilə keçirilən tələbə elmi konfranslarının yüksək
səviyyədə aparıldığını və tələbə hazırlığına xüsusi diqqət yetiril-
diyini bildirib. Bu günkü konfransda ingilis, fransız və rus dillərində
məruzələrin dinləniləcəyini söyləyərək münsiflər heyətini iştirakçılara
təqdim edib.
Bundan sonra söz tədqiqatçı tələbələrə verilib. Ümumilikdə 23
məruzə dinlənilib.
Münsiflər heyətinin səsvermə nəticələrinə görə ən dolğun, elmi və
maraqlı məruzələr fərqləndirilib. Belə ki, alman dili üzrə 290
a
qrup
tələbəsi Lalə Şabanova I, rus dili üzrə 73
a
qrup tələbəsi Nəcibə
Əhmədova II, ingilis dili üzrə 290
a
qrup tələbəsi Mirzeynal Hüsey-
nov III və 108
a
qrup tələbəsi Tuğra Məlikli IV yerə layiq görülüb. Qalib
tələbələrə diplomlar, digər məruzəçilərə isə sertifikatlar təqdim olu-
nub.
Növbəti mərhələdə II tura keçən tələbə tədqiqatçılar universitet üzrə
Tələbə Elmi Cəmiyyətinin işində iştirak etmək hüququ qazanacaqlar.
Dostları ilə paylaş: |