“Təbib”
Xarici dillər üzrə TEc-in konfransında
Ukrayna paytaxtında Azərbaycandan olan gənc həkimlərin və gələcək
həkimlərin I Beynəlxalq konfransının işi başa çatıb
Azərbaycan Tibb Universitetində Tibb tələbələri və gənc
həkimlərin i beynəlxalq Tibbi Konqresi keçiriləcək. Mayın 2-3-
də keçirilməsi nəzərdə tutulan konqresə professorlar, aparıcı
mütəxəssislər, xarici və yerli tələbələr, rezidentlər, beynəlxalq
təşkilatlar və ya təşkilatların nümayəndələri dəvət olunublar
Konqresdə xarici və yerli professorların məruzələri, xarici və yerli çı-
xışçıların işləri dinləniləcək, seminar və treyninqlər həyata keçiriləcək.
Konqresin prezidenti akademik Əhliman Əmiraslanov, vitse-
prezidentləri professorlar İbrahim İsayev, Amalya Əyyubova və do-
sent Müşfiq Həsənovdur. İşçi qrup 35 nəfər tələbə və rezidentdən
ibarətdir.
Koordinatorlar və qrup rəhbərləri isə İsmayılov Surəddin , Zeynalov
Zahir, icraedici katib Rizvan Rüstəmov, daxili əlaqələr üzrə katib İsa
Mirzəyev (pediatriya fakültəsi, VI kurs), xarici əlaqələr üzrə katib Arif
Cavadov (hərbi tibb fakültəsi, VI kurs), sosial işlər üzrə katib Ülkər
Nağızadədir (müalicə işi fakültəsi, VI kurs).
Konqres bir ilkdir. Təşəbbüskarlar əsasən universitetin elmi və ic-
timai həyatında aktivliyi ilə seçilən və ATU TEC-nin uzvləri olan
tələbələrdir. Rəhbərlik tərəfindən lazimi dəstək aldığına görə bu
konqres reallaşmaq üzrədir.
Konqres müddətində sosial proqram çərçivəsində qonaqların
şəhərimizin gözəlliyi, tarixi abidələri, mədəniyyət nümunələri ilə tanışlığı üçün də imkan yaradılacaq. Bununla
əlaqədar müvafiq qurumlarla artıq razılığa gəlinib.
Konqres haqqında daha ətraflı məlumatı
Dostları ilə paylaş: |