25
Epidemiologiya
İHX çox da nadir xəstəlik deyil. Avropoid populyasiyası
nümayəndələri arasında bu xəstəliyin geninin yayılmasına təxminən
5%, xəstəliyin özünə (homoziqotlar) 0,3%, gəzdiriciliyinə isə
(heterozigotlar) 10% tezlikdə rast gəlinir.
Xəstəliyin ekspressiyasına bir sıra faktorlar, xüsusən qadınlarda
menstruasiya və doğuşla əlaqədar qanitirmə təsir göstərir.
Kişilərdə bu xəstəlik qadınlara nisbətən 5-10 dəfə çox rast gəlinir.
Xəstələrin 70%-də ilk simptomlar 40-60 yaşda meydana çıxır.
20 yaşadək şəxslərdə xəstəliyin klinik simptomlarına nadir halda
təsadüf olunur, lakin ailə skrininqində dəmirin izafi toplanması
müəyyənləşdirilən şəxslər, o cümlədən gənc menstruasiya edən
qadınlar aşkarlana bilər.
Hər hansı bir xəstədə İHX diaqnozunun qoyulması pasiyentin
qohumlarının müayinə olunmasını və onlarda xəstəliyin inkişafının
profilaktikasını şərtləndirir.
Dostları ilə paylaş: