43
N.Nərimanov tibbi-bioloji inkişafın dialektik materialist təhlilini vermək üçün Ç.Darvinin
irsinin, xüsusilə onun təkamül təliminin şərhinə mühüm yer verirdi.
N.Nərimanov milli münasibətlər sahəsində görkəmli nəzəriyyəçisi idi.
O, Şərq
millətlərinin azadlıq hərəkatları, milli adət-ənənə, milli
mədəniyyət, millətlərarası münasibətlər,
milli hiss və milli psixologiya sahəsində problemlərin dərin bilicisi idi. Heç təsadüfi deyildi ki,
1921-ci ildə Dağlıq Qarabağ ətrafında ermənilərin törətdikləri
münaqişələrin yenidən
kəskinləşdiyi bir vaxtda hökumətin milli məsələyə dair yerlərə göndərdiyi təlimat məktubunun
işlənib hazırlanmasında müəlliflərdən biri olmuş və milli
işlər komissarının müavini işləmişdi.
N.Nərimanov erməni millətçilərinin milli ədavəti qızışdırmaq,
özlərinin riyakar ərazi
iddialarına haqq qazandırmaq
üçün bəhanələr törətmək
cəhdləri haqqında hələ 1906-cı ildə
"Müsəlman-erməni yoxsullarına bir neçə söz" adlı müraciətində deyirdi: "Qarabağda son
hadisələr provokatorlar, Qarabağda erməni-müsəlman milli toqquşmalarından
istifadə edərək,
özlərinin çirkin əməllərini davam etdirirlər...".
N.Nərimanovun
fəaliyyəti çoxsahəli,
dünyagörüşü zəngin, yaradıcılığı rəngarəngdir.
Gələcək nəsillər onun mənəvi-fəlsəfi və bədii irsini daha dərindən
tədqiq edib öyrəndikcə,
həmin irsdə özlərinin sosial-mənəvi tərəqqisi üçün faydalı olan çoxlu ideya və baxışlar, mənəvi
sərvətlər tapa biləcəklər.
Sual 4. XX əsrdə Azərbaycanda fəlsəfi fikir.
XIX əsrin fəlsəfi irsi XX əsrdə Azərbaycanda liberal Maarifçilik
fəlsəfəsi ilə bərabər
radikal inqilabi demokratizm və marksizm cərəyanlarının təşəkkülü
üçün qaynaq və bünövrə
oldu. XX əsrdə Azərbaycan fəlsəfi fikri keyfiyyətcə fərqli bir neçə mərhələ keçmişdir:
Dostları ilə paylaş: