Tərkibi: Ət – 500 qr.
Düyü – 1 kq.
Qırxbuğum – 150 qr.
Yağ – 150 qr.
Duz
Hazırlanması: Düyü ilıq duzlu suda 3 saat saxlanılır. Sonra düyü qaynadılan zaman qırxbuğum əlavə edilir. Qazanın dibinə qoyun əti düzülür. Ət olmadıqda düyünün üzərinə yumurta vurulur. Ət yığılıb üzərinə qırxbuğumlu düyü tökülür, yağ əlavə edilib dəmə qoyulur. Xocavwnd
Qozlu aş
Tərkibi: Düyü – 1 kq
Yağ – 250 qr
Qoz ləpəsi – 300 qr
Duz
Hazırlanması: Qoz ləpəsi əvvəlcədən ətçəkən maşından keçirilir, qaynar suya tökülmüş düyüyə əlavə olunur, süzülür və dəmə qoyulur. Şuşa
2.2 Plovlar
● 101
Soğan – 200 qr.
Zoğal axtası – 150 qr.
Kişmiş – 150 qr.
Yumurta – 4 ədəd
Duz, istiot, darçın
Hazırlanması: Düyü ilıq suda 3 saat saxlanılaraq qaynadılır, sonra süzülür. Yağı vurulub dəmə qoyulur. Böyük tavada soğan qovurulur. Üzərinə zoğal axtası, kişmiş əlavə edilir, yuvalar açılır və həmin yuvalara yumurtalar vurulur. Sonra üzərinə duz, istiot, darçın tökülür. Süfrəyə ayrı-ayrılıqda verilir. Xocalı
Şirin plov
Tərkibi: Düyü – 2 kq.
Ərinmiş yağ – 300 qr.
Kişmiş – 160 qr.
Ərik qurusu – 160 qr.
Şəkər – 240 qr.
Gavalı qurusu – 160 qr.
Buğda unu – 160 qr.
Yumurta – 1 ədəd
Duz
Hazırlanması: Meyvələr yağda şəkər əlavə edilməklə qovrulur. Düyüdən yarımhazır vəziyyətdə plov bişirilir, dəmə qoyulduqda altına qazmaq düzəlir. Un, yumurta, düyü, yağ. Meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verildikdə təpəcik şəklində boşqaba çəkilir, üstünə qazmaq və qara gavalı qurusu qoyulur.
Qarabaü mÿtbÿxi
102 ●
Şuşa
Südlü plov
Tərkibi: Süd – 2 lt.
Düyü – 600 qr.
Xurma – 20 qr.
Kişmiş – 20 qr.
Yağ – 20 qr.
Zəfəran
Hazırlanması: Süd qaynadılaraq içərisinə düyü tökülür. Bişənə yaxın içərisinə zəfəran vurulur – sonra sinilərə tökülüb soyudulur. Dəmə qoyulanda içərisinə xurma, kişmiş vurularaq yağ əlavə edilir. Adətən, səhər yeməyi sayılır. Desert kimi də süfrəyə verilə bilər.