Nəticə: Turşu qovurma plovun tərkibinə qatılan məhsullar fərqlidir. Şuşa rayonun-
da bu plova ərik, kişmiş, gavalı; Cəbrayılda isə abqora, alça, quzuqulağı, mixək
tozu, darçın əlavə edilir. Hər iki rayonda plovun hazırlanma qaydası eynidir.
Xocavwnd
Ayranlı aş
Tərkibi: Noxud – 200 qr.
Un – 600 qr.
Qatıq – 1,5 lt.
Pərpətöyün – 2 dəstə
Su – 1 lt.
Hazırlanması: Əvvəlcə noxud təmizlənir və yaxşıca qaynadılır. Undan umac hazırlanır. Qaynadılmış noxud və umac qurudulmuş əvəlik və ya pərpətöyünlə ayranda qaynadılaraq bişirilir. Süfrəyə sarımsaqla verilir.
2.2 Plovlar
● 95
Qubadlı
Balıqlı plov
Tərkibi: Düyü – 1 kq.
Balıq – 1 kq.
Ərinmiş yağ – 200 qr.
Kərə yağı – 200 qr.
Müxəşər – 200 qr.
Soğan – 2 ədəd
Duz – 200 qr.
Sarıkök – 5 qr.
Hazırlanması: Soğan halqa-halqa doğranaraq, balıqlar zövqə görə parça-parça doğranaraq, yaxud qanad, quyruğu və başı təmizlənməklə, doğranmamış duzlanır. Müxəşər (zoğal turşusu) isladılır. Odun üstünə qaynamaq üçün mis qazanda su qoyulur. Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər islaqda qalır. Su qaynadıqdan sonra duz atılaraq düyü qazana tökülür. Düyü suda qaynayan zaman bir neçə dəfə mis kəfkirlə qarışdırılır. Düyü uzandıqda, yaxud suyun üzərində oynamağa başlayanda çətəndə (qamışdan düzəldilmiş) yaxud aşsüzəndə süzülür. Su süzüldükdən sonra çətəndəki düyü yenidən başqa qabın üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. Mis qazana ərinmiş nehrə yağı atılaraq odun üstünə qoyulur. Yağ tamam əridikdən sonra qazanın dibinə bir kəfkir düyü səpirik. Sonra hazırlanmış balığı arxası üstə qazanın dibinə qoyaraq müxəşərlə qarışdırılmış soğan səpilir və düyü tökülür. Düyüyə azacıq sarıkök və yaxud zəfəran vurulur. Yenidən qazan vam odun üzərinə dəm almaq üçün qoyulur. Aşın yaxşı bişməsi üçün qazan odun üstündə bir neçə dəfə fırladılır və dəmini alınır. Bişənə yaxın üzərinə kərə yağı əridilib səpilir. Qazandakı düyünün qıraqları bir qədər quruduqda artıq yemək hazırdır. Plov buluda çəkilir, üstü bəzənir, yuxa çörəklə süfrəyə verilir.