Qarabaü mÿtbÿxi
88 ●
Cwbrayıl
Swbzi – qovurma plov – 30 nwfwrlik
Tərkibi:
Qoyun əti – 6 kq.
Düyü – 2 kq.
Yağ – 1.5 kq
Soğan – 1 kq.
Abqora – 800 qr
Göyərti – 800 qr
(kəvər, şüyüd, keşniş, quzuqulağı, və s)
Zəfəran – 6 qr.
Darçın – 6 qr.
Duz – 120 qr.
İstiot – 5 qr.
Hazırlanması:
Səbzi – qovurma plov üçün yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranılır və
bunlara duz, istiot vurulub qızdırılmış tavada yağda qızardılır. Sonra abqora, qızardılmış
soğan, zəfəran və göyərti əlavə edilərək az miqdarda ət suyunda bişirilir.
Ayrıca olaraq da düyüdən plov hazırlanır və düyünün bir hissəsinə zəfəran
şirəsi vurulur.
Süfrəyə verilən zaman düyü təpəcik şəkilində boşqaba çəkilir və üstünə zəfəran
vurulmuş düyü tökülür. Yanına hazır səbzi – qovurma qoyulur, üzərinə isə yağ
tökülür və darçın səpilir.
Qubadlı
Swbzi plov
Tərkibi:
Düyü – 1 kq.
Qoyun əti – 800 qr.
Ərinmiş yağ – 300 qr.
Qara gavalı – 200 qr.
Soğan – 100 qr.
Duz – 60 qr.
Qarabaü mÿtbÿxi
90 ●
Hazırlanması:
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub
qızardılır. Göyərtilər yuyulub doğranılır. Ətin üzərinə yağda qızardılmış soğan
və göyərti ilə iri doğranmış göyərti əlavə edilib bişirilir. Ayrıca bişirilmiş
plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çəkilib yanına səbzi-qovurma
qoyulur, üzərinə yağ tökülür.
Nəticə:
Səbzi qovurma plovun hazırlanmasında istifadə olunan ərzaqlar demək
olar ki, eynidir sadəcə bəzi fərqlər var. Cəbrayılda səbzi plova abqora, darçın,
Qubadlıda qara gavalı, səbzi, sarıkök vurulur. Plova əlavə olunan göyərtilərdə
də fərqlər var: Şuşada turşəng, cəfəri, tərxun, Cəbrayılda quzuqulağı, Xocalıda
isə ispanaq, turşəng vurulur. Qubadlıda isə ümumiyyətlə göyərtidən
istifadə
olunmur. Hazırlanma qaydası isə bütün rayonlarda demək olar ki, eynidir.
Şuşa
Şüyüdlü plov
Dostları ilə paylaş: