Şüyüdlü plovun digər hazırlanma qaydası Tərikibi:
Düyü – 1 kq.
Şüyüd – 5 dəstə
Ərinmiş yağ – 200 qr.
Kərə yağ – 200 qr.
Soğan – 2 dəstə göy soğan
Duz – 60 qr.
İstiot – 8 qr.
Sarıkök – 8 qr.
Yuxa çörək – 2 ədəd
Yumurta – 5 ədəd
Hazırlanması: Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu ilıq suda qalır. Su qaynadıqdan sonra duz atılaraq düyü qazana tökülür. Düyü suda qaynayan zaman bir neçə dəfə kəfkirlə qarışdırılır. Düyü bir qədər uzandıqda doğranmış şüyüd zoğlarından bir qədər qazana tökülür və azacıq qaynadıqdan sonra süzülür. Su süzüldükdən sonra aşsüzəndəki düyü yenidən başqa qabın üzərinə qoyulur
Qarabaü mÿtbÿxi
92 ●
ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş yağ atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca əridikdən sonra qazanın dibinə bir kəfkir düyü səpilərək yuxa sərilir və yenidən azacıq düyü tökülərək soğan onun üzərinə yayılır. Qalan düyü şüyüdlə lay-lay qazana yığılır, bir qədər sarıkök atılır, sonra yumurtaların sayına görə çalalar açılır. Yumurtalar həmin çalalara qoyularaq yumurtanın sarısı azacıq deşilir, oraya azacıq istiot və duz atılaraq üzəri örtülür. Üzərinə kərə yağı nazik-nazik doğranılır, üzərinə bir qədər soyuq su çilənərək vam odda dəmə qoyulur, tez-tez dəmi alınır. Qazanın yanına bir qədər su çilədikdə su yumurlanıb cızıltıyla düşürsə yemək hazırdır. Düyü buluda çəkilərək üstü qazmaqla və yumurta ilə bəzənir, yuxa çörək və qatıqla süfrəyə verilir. Xocavwnd